20-07-2017 12:22:18

Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının Şura iclası keçirildi-FOTOLAR


19 iyul 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının Şura iclası keçirildi. Şura iclasında YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, sədr müavinləri Vüsar İsmayılov, Tünzalə Zeynalova, Şura üzvləri və rayon təşkilatının əməkdaşları iştirak etdilər.

Şura iclasını giriş nitqi ilə açan Ramiz Göyüşov iştirakçıları salamladı və gündəlikdə duran məsələlər barədə məlumat verdi. Bildirdi ki, iclasın gündəliyinə əsasən rayon təşkilatının 2017-ci ilin I yarımilliyi üzrə hesabatı, 2017-ci ilin II yarımilliyi üzrə müvafiq Fəaliyyət Planı və Şura üzvləri arasında iş bölgüsünün aparılması, onların yeni yaradılacaq müvafiq komissiyalarda təmsil olunması məsələlərinin müzakirəsi nəzərdə tutulub. Gündəlikdəki məsələlər səsə qoyularaq qəbul edildikdən sonra gündəlikdə duran məsələlərin geniş müzakirəsinə başlanıldı.

İclasda YAP Binəqədi rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva hesabat məruzəsi ilə çıxış etdi. O, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi fəaliyyətin bu gün də dövlət başçısı, YAP-ın sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Məhz dövlət başçısının uğurlu daxil siyasəti nəticəsində ölkəmizin sürətlə inkişaf etdiyini, bu uğura öz töhfəsini verən Yeni Azərbacan Partiyasının məqsədyönlü siyasi fəaliyyətindən bəhs etdi. Daha sonra rayon təşkilatı tərəfindən keçirilən tədbirlər haqqında məlumat verdi. Bildirdi ki, rayon təşkilatı partiyanın Nizamnamə və Proqramına uyğun olaraq, eləcə də partiya rəhbərliyinin tapşırıq və tövsiyyələrini əsasən mühüm fəaliyyət göstərir. İstər ərazi ilk partiya təşkilatları ilə əlaqələrin qurulması, yeni üzvlərin cəlb edilməsi, partiya üzvləri ilə sıx ünsiyyətin qurulması, onların fikir və təkliflərinin reallaşdırılması istiqamətində bir sıra işlər görülmüşdür.

Hesabat məruzəsi səsə qoyularaq qəbul edildikdən sonra gündəlikdə olan ikinci məsələ - rayon təşkilatının 2017-ci ilni II yarımilliyi üzrə Fəaliyyət Planı ilə bağlı Sevinc Abdullayeva məlumat verdi. Bildirdi ki, Fəaliyyət Planının 36 bənddən ibarət olması və burada müxtəlif sahələr üzrə çoxsaylı tədbirlərin, layihələrin keçirilməsi nəzərdə tutulur. Fəaliyyət Planının müzakirəsi ətrafında çıxış edən Şura üzvü Məhəbbət Dəmirçiyeva valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatının aparılması və onların yaşayı şəraitinin yaxşılaşdırılması, onlarla birgə tədbirlərin keçirilməsini təklif etdi. Şura üzvü Səkinə Babayeva da çıxışında tam orta ümumtəhsil məktəblərində şagirdlərin peşə təhsilinə marağın artırılması üçün təhsil müəssisələri ilə birgə maarifləndirici layihənin keçirilməsini və həmin məktəblərin peşə ixtisasları üzrə müvafiq avadanlıqlarla təchiz etməyi təklif etdi. Təkliflər nəzərə alınaraq Fəaliyyət Planı səsə qoyuldu və təsdiq edildi.

İclasda gündəlikdə duran üçüncü məsələ ilə bağlı çıxış edən Ramiz Göyüşov bildirdi ki, Milli Məclisin və YAP-ın təcrübəsinə əsaslanaraq Şura üzvləri arasında iş bölgüsünün aparılması, onların işinin daha səmərəli və keyfiyyətlə yerinə yetirilməsi məqsədilə rayon təşkilatında komissiyaların yaradılmasını təklif etdi və təklif səsə qoyularaq qərar qəbul edldi. Qərara əsasən 11 komissiya və komissiyaların tərkibində Şura üzvlərindən biri sədr olmaqla ümumi tərkibi təsdiq edildi. Rayon təşkilatının sədri və sədr müavinləri ayrılan bölgü üzrə həmin komissiyalara ümumi nəzarəti həyata keçirəcəklər. Ramiz Göyüşov Şura üzvlərinin bundan sonra mütəmadi görüşlərinin keçirilməsinin əhəmiyyətini bildirdi.

İclas digər məsələlər ətrafında fikir mübadiləsinin aparılması ilə yekunlaşdı.

 

Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının Şura iclası keçirildi
 
 
 
 
 
 
 
 
 
Xəbər 461 dəfə oxunub
All rights reserved.