09-10-2017 14:07:32

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə 144 saylı tam orta məktəbin şagird heyətinin iştirakı ilə görüş təşkil edilmişdir-FOTOLAR

09 oktyabr 2017-ci ildə Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə 9-cu mikrorayon, M. Cəlal küçəsi 143 ünvanında yerləşən ərazi ilk partiya təşkilatında 144 saylı tam orta  məktəbin 25 nəfərdən ibarət şagird heyətinin iştirakı ilə  Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında görüş təşkil edilmişdir.Görüşün təşkil edilməsinin əsas məqsədi partiyanın yaranmasının 25-ci  ildönümü ərəfəsində gənclərə partiyanın fəaliyyətini, keçdiyi inkişaf yolunu əyani şəkildə göstərməkdir.

Görüşdə iştirak edən  Aparat rəhbəri Sevinc Abdullayeva, baş təlimatçılar  Rahil Şükürov və Kubra Əliyarlı, YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, 144 saylı məktəbin direktoru Həcər Mahmudova və şagirdlər  ilk öncə binanın qarşısında ucaldılan Ulu öndərin abidəsi qarşısında gül dəstələrini qoydular.

Daha sonra şagirdlər inzibati bina ilə tanış oldular.  Həmçinin şagirdlər Yeni Azərbaycan Partiyasının fəalları ilə görüşmüş, gənc fəallar üçün binada yaradılmış şəraitlə, onların iş prinsipi ilə tanış olmuşlar.

     Bundan sonra görüş  konfrans zalında davam etmişdir. Şagirdlərlə söhət zamanı onlara Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolu haqqında  məlumat verildi. Ulu öndərin azərbaycançılıq ideyalarından bəhs edən aparat rəhbəri Sevinc Abdullayeva şagirdlərə öz tövsiyyələrini çatdırmış, onlara bu ideyalara, dövlətimizə  və dövlətçilik ənənələrinə sadiq qalmağı, əsl vətəndaş kimi hər zaman xalqımiza  vicdanla xidmət etməyə borclu olduqlarıını vurğulamışdır.  


 

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə 144 saylı tam orta məktəbin şagird heyətinin iştirakı ilə görüş təşkil edilmişdir
 
 
 
 
 
 
 
 
 
 
 
 
1 2
Xəbər 403 dəfə oxunub
All rights reserved.