01-03-2018 08:42:35

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında Gənclər Birliyinin Şura iclası keçirilimişdir-FOTOLAR

   

28 fevral 2018-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasinda Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin Şura iclası keçirilimişdir. İclasda Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin Şura üzvləri iştirak etmişdir.

   İclası giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev tədbir iştirakçılarını salamlayaraq iclasın gündəliyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.

   Gündəlik səsə qoyularaq təsdiq edildikdən sonra Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Nigar Məmmədova Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin 2018-ci ilin I yarımilinə həsr edilmiş fəaliyyət planını tədbir iştirakçılarının diqqətinə çatdırdı.

   Fəaliyyət planı səsə qoyularaq təsdiq edildikdən sonra gündəlikdəki növbəti məsələyə müvafiq olaraq Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyi Şurasının tərkibində komissiyaların formalaşdırılması məsələsinə baxıldı.

        Daha sonra gündəlikdə olan  sonuncu məsləyə uyğun olaraq 9-cu mikrorayon Gənclər Birliyinin sədrinin seçilməsi məsələsinə baxıldı. Sonuncu məsələ ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva çıxış edərək  ilk öncə tədbir iştirakçılarını salamladı və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin Şura üzvlərinə uğurlar arzuladı. Gündəlikdə olan sonuncu məsələyə müvafiq olaraq 9-cu mikrorayon Gənclər Birliyinin sədri vəzifəsinə Səlcuq Müzəffərlinin namizədliyini irəli sürdü. Qeyd etdi ki, Səlcuq Müzəffərli tələbəlik illəri dövründə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Gənclər Birliyinin fəal gənci kimi uzun müddət  fəaliyyət göstərmişdir və göstərdiyi fəaliyyətə uyğun olaraq məzun olduqdan sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Binəqədi rayonunda dövlət qulluqçusu kimi fəaliyyətə başlamışdır. Səlcuq Müzəffərli bütün fəaliyyəti boyu ona göstərilən etimadı doğrultduğu üçün 9-cu mikrorayon Gənclər Birliyinin sədri vəzifəsinin ona həvalə edilməsinin məqsədə uyğun olacağını bildirdi və qeyd etdi ki, Səlcuq Müzəffərlinin bu vəzifənin öhdəsindən uğurla gələcəyinə inanırıq.

   Tədbir iştirakçılarının səsverməsinə uyğun olaraq 9-cu mikrorayon Gənclər Birliyinin sədri vəzifəsinə Səlcuq Müzəffərli təsdiq olundu.

    Sonda iclasın sədri Fəsli Nəbiyev yekun nitq ilə çıxış edərək bildirdi ki, qarşıdan ölkəmiz üçün taleyüklü məsələ olan Prezident seçkiləri gəlir. Gəncləri Prezident seçkiləri ilə bağlı bütün məsələlərdə aktiv olmağa, təbliğat-təşviqat işlərində yaxından iştirak etməyə səslədi. Tədbir iştirakçılarına fəaliyyətlərində uğurlar arzuladı.


Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında Gənclər Birliyinin Şura iclası keçirilimişdir
 
 
 
 
 
 
 
Xəbər 426 dəfə oxunub
All rights reserved.