06-04-2018 07:07:39

YAP Binəqədi rayon təşkilatında qadın seçicilərlə görüş keçirildi-FOTOLAR



05 aprel 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasına Prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Binəqədi rayonunun fəal qadınları ilə görüş keçirildi.

Görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri, Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Binəqədi rayon Şöbəsinin sədri Ramiz Göyüşov Azərbaycanda dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və dövlət maraqlarına xidmət edən silsilə uğurlu islahatlardan danışdı. Azərbaycanda iqtisadiyyatın, sosial həyatın, yol infrastrukturunun, nəqliyyat, təhsil, səhiyyə və s. sahələrdən görülən işlər və qazanılan müvəffəqiyyətlərdən bəhs etdi. Qeyd etdi ki, ölkəmizin sürətli iqtisadi inkişafı digər sahələrin inkişafına mühüm təsir göstərir və bu inkişaf neft sektoru ilə yanaşı qeyri-neft sektorunun inkişafına da zəmin yaradır. Məhz bu səbəbdən ölkəmizdə aparılan uğurlu islahatlar günbəgün artır və maddi imkanlarının artmasına, daha irimiqyaslı layihələrin həyata keçirilməsinə səbəb yaradır. Ramiz Göyüşov eyni zamanda cəmiyyətimizdə qadınların fəal iştirakından danışaraq qadınların hərtərəfli inkişafı, fəallaşması istiqamətində münbit şəraitin yaradıldığını bildirdi. Bütün qadın seçiciləri qarşıdan gələn Prezident seçkilərində sabitliyimizin, inkişafımızın, xalqımızın ən böyük dəstəkçisi olan cənab İlham Əliyevə səs verməyə çağırdı.

Milli Məclisin komitə sədri Eldar İbrahimov nitqində bildirdi ki, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmurudur. Bu fəallıq, Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Bu gün respublikamızda dövlət qadın siyasəti, ulu öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələr ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Prezident İlham Əliyev qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır.

Milli Məclisin komitə sədri Ziyad Səmədzadə görüşdə çıxış edərək bildirdi ki, bu gün Azərbaycan qadınının bütün sahələrin inkişafındakı rolu əvəzsizdir və danılmazdır. Azərbaycan qadınları sözün əsl mənasında qəhrəmandırlar. Onlar ana adını şərəflə daşıyır, övladlarının tərbiyəsində mühüm rol oynayır, eyni zamanda ictimai-siyasi sahələrdə öz fəallığı ilə seçilirlər. Qadınlarımızın ölkəmizin həyatındakı mövqeyi günü-gündən artır və əldə etdikləri uğurlar hər birimizi sevindirir. Bu gün Azərbaycan qadını təkcə yerli tribunalardan deyil, beynəlxalq tribunalardan da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəal rol oynayır. Millət vəkilinin sözlərinə görə bu gün ölkəmizdə qadınlara göstərilən diqqət və qayğı əbəs deyil. Qadınlarımızı, ana və bacılarımızı daim diqqətdə saxlamaq, onların daha da savadlı, intellektli olması, fəallaşması, sosiallaşması istiqamətində göstərilən dövlət qayğısının tarixi əsəsları var. Belə ki, hələ Azərbaycan Xalq Cümhuriyyətinin dövründə Şərqdə ilk dəfə olaraq məhz Azərbaycan qadınlarına seçki hüququ verilib. Təbii ki, bütün bunlar Azərbaycan qadınının layiq olduğu həyat şəraitidir. Bu gün Azərbaycan qadını ona göstərilən etimadı doğrultmalı, ailələrimizin, övladlarımızın bu günkü kimi azad, firavan, sabit ölkələdə yaşamalarının növbəti illərdə də təmin edilməsi üçün cənab İlham Əliyevə dəstək olmalı və Prezident seçkilərində fəallıq göstərərək ona səs verməlidirlər.

Azərbaycan Respublikasının Əməkdar artisti, xanəndə Elnarə Abdullayeva çıxış edərək ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə mədəniyyətimizin inkişafına göstərilən dövlət qayğısından danışdı və bütün qadınları, qadın həmkarlarını qarşıda gələn Prezidetn seçkilərində cənab Prezidentə səs verməyə dəvət etdi.

Görüşdə çıxış edən bir qrup qadın seçici ölkəmizdə aparılan siyasəti bəyəndiklərini, dəstəklədiklərini bildirərək 11 aprel 2018-ci il tarixdə hamılıqla seçkilərə gedəcəklərini və Prezident cənab İlham Əliyevə səs verəcəklərini bildirdilər.

 

YAP Binəqədi rayon təşkilatında qadın seçicilərlə görüş keçirildi
 
 
 
 
 
Xəbər 156 dəfə oxunub
All rights reserved.