11-06-2018 12:24:01

Binəqədi rayonu Novxanı çimərliyində ekoloji aksiya təşkil edildi-FOTOLAR



YAP Binəqədi rayon Təşkilatı, Rayon Gənclər və İdman idarəsi və Binəqədi Rayon Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Novxanı qəsəbəsinin sahilyanı ərazisində ekoloji aksiya təşkil olunub. Aksiyada Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov,  RİH Aparatının şöbə müdirləri və əməkdaşları, MKTB, Rayon bələdiyyəsinin əməkdaşları, Gənclər və İdman idarəsinin fəalları, YAP Binəqədi rayon təşkilatının fəalları, Asan könüllüləri və s iştirak edib.

Aksiya zamanı Novxanı qəsəbəsinin sahilyanı ərazisinin bir hissəsi təmizlənmişdir.

Sonda gənclərin iştirakı ilə tort kəsilib, iştirakçılara çay süfrəsi təşkil edilib.

Binəqədi rayonu Novxanı çimərliyində ekoloji aksiya təşkil edildi
 
 
 
 
 
 
 
 
 
 


Xəbər 237 dəfə oxunub
All rights reserved.