FOTOLAR" />
04-07-2018 08:53:48

Bakı Turizm Peşə Liseyində "Məzun Günü” keçirildi-FOTOLAR



30 iyun 2018-ci il tarixdə məzunlarını iş dünyasına uğurlayan Bakı Turizm Peşə Liseyində "Məzun Günü” keçirildi. Tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Azərbaycan Respublikası Mədəniyyət nazirinin müşaviri Yaşar Əliyev,digər rəsmi şəxslər, valideynlər və məzunlar iştirak etdilər.

 Məzun Günündə Bakı Turizm Peşə Liseyinin direktoru Neylüfər Kərimova açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamladı. Məzunları və onların valideynlərini əlamətdar gün münasibətilə təbrik etdi. O, liseyin fəaliyyəti, uğurları və gələcək planları barədə tədbir iştirakçılarına məlumat verdi. Bildirdi ki, təhsil ocağında yaradılmış şəffaf mühit şagirdlərin yüksək təhsil almaları ilə yanaşı, onların sosial fəaliyyətlə məşğuliyyətinin təmini sahəsində də hər cür şərait yaradılıb. Liseydə layiqli vətəndaş və yüksək səviyyəli kadr hazırlığı dövlət və özəl sektorun təhsil ocağı ilə əlaqələrini gücləndirmişdir.

Daha sonra məzunları təbrik edən Azərbaycan Respublikası Mədəniyyət nazirinin müşaviri Yaşar Əliyev, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, Bakı Turizm Peşə Liseyinin fəaliyyətini və kadr hazırlığının həyata keçirilməsinin təqdirəlayiq hal olduğunu bildirdilər. Qeyd etdilər ki, bu liseydə turizm sektoru üçün mütəxəssislərlə yanaşı həm də layiqli vətəndaşlar yetişdirilir.

YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov də məzunları təbrik etdi. Ölkə rəhbərinin gənclərə olan diqqət və qayğısından danışan natiq qəbul olunmuş dövlət proqramları və onların müsbət nəticələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. Qeyd etdi ki, ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Bu gün də möhtərəm Prezidentimiz İlham Əliyev dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakına xüsusi diqqət yetirir. Ramiz Göyüşov eyni zamanda vurğualdı ki, rayonda keçirilən bütün tədbirlərdə lisey yüksək səviyyədə təmsil olunur.

Bakı Turizm Peşə Liseyinin direktoru Neylüfər Kərimova və ərazi ilk partiya təşkilatının sədri Radmila Mustafayeva YAP Binəqədi rayon Təşkilatı tərəfindən fəxri fərmanla təltif olundular.

Liseyi bitirən şagirdlər lisey rəhbərliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırıldılar.

Tədbirin bədii hissəsində liseyin özfəaliyyət kollektivləri məzunları təbrik etdilər.

Bakı Turizm Peşə Liseyində "Məzun Günü” keçirildi
 
 
 
 
 


Xəbər 562 dəfə oxunub
All rights reserved.