03-09-2018 09:07:39

Ramiz Göyüşov: “Prezident cənab İlham Əliyevin xarici siyasətində Dağlıq Qarabağ münaqişənin həlli əsas yer tutur



“Prezident seçildiyi gündən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini özünün bir nömrəli problemi hesab edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xarici ölkələrə bütün səfərlərində, dövlət başçıları ilə keçirdiyi görüşlərdə, BMT, Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatlarda bütün çıxışlarında və müzakirələrində münaqişənin həlli əsas yer tutur”. Bu sözləri Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatınım sədri Ramiz Göyüşov dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət və münaqişənin həlli istiqamətində atılan addımlara münasibət bildirərkən deyib.

Ramiz Göyüşovun sözlərinə görə belə müzakirələrdən biri də cari ilin 1 sentyabrında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Soçi şəhərində keçirilən görüşdür.

Həmin görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata bəyənatında demişdir: “Bizim müzakirə etdiyimiz məsələlər arasında regional təhlükəsizlik məsələləri, ilk növbədə, uzun müddət davam edən və Azərbaycan xalqının böyük iztirablarına gətirib çıxarmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi mühüm yer tutur. Uzun illərdir ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış əraziləri erməni işğalı altındadır. Bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Münaqişənin tezliklə həlli bizim vətəndaşlarımızın öz tarixi torpaqlarına qayıtmalarına imkan verər, həmçinin bizim regiona sülh, sabitlik və əməkdaşlıq gətirər. Rusiya, münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi tənzimləmə işində mühüm rol oynayır. Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur. Biz ümid edirik ki, münaqişənin nizamlanmasında Rusiyanın səyləri davam edəcək.”

Xəbər 516 dəfə oxunub
All rights reserved.