17-09-2018 08:41:27

Ramiz Göyüşov: “15 sentyabrda keçirilən parad Azərbaycanın və Türkiyənin gücünün, qüdrətinin və sarsılmaz birliyinin parlaq nümayişinə çevrildi”



“Bakı şəhərinin Qafqaz İslam ordusu tərəfindən bolşevik-daşnak işğalından azad olunmasının 100 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı, qələbə münasibətilə keçirilən hərbi paradda Azərbaycan Respublikası ilə Türkiyə Respublikasının dövlət bayraqlarının birgə dalğalanması, Azərbaycan əsgəri ilə Türk əsgərinin çiyin-çiyinə addımlaması, Azərbaycan şahinləri ilə “Türkiyə ulduzları”nın havada birgə cövlan etməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın hərbi paraddakı çıxışlarında verdikləri mesajlar, paytaxtımızın ən gözəl guşələrindən birində düzənlənmiş möhtəşəm konsert və konsertdə Azərbaycanın incəsənət ustaları ilə dünyanın məşhur “Anadolu atəşi” rəqs ansamblı ilə səhnəni birgə bölüşməsi və onların parlaq çıxışları, Azərbaycan və Türkiyə Respublikalarının gücünün və qüdrətinin, Azərbaycan və türk xalqının sarsılmaz birliyinin parlaq nümayişinə çevrildi”. Bu sözləri açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirib.

Ramiz Göyüşovun sözlərinə görə bu birlik hər bir azərbaycanlıda bir daha iftixar və qürür hissi yaratdı. Bu birlik bizə 1993-cü ildə Horadiz əməliyyatı zamanı, 2016-cı ilin aprel döyüşlərində parlaq qələbəsi zamanı, 2017-ci ilin may ayında Naxçıvanda uğurlu Günnüt əməliyyatı zamanı yaşadığımız qələbə sevincini bir daha yaşatdı. Azərbaycan əsgərində, Azərbaycan xalqında qələbə ruhunu alovlandırdı və böyük qələbənin yaxınlaşmaqda olduğuna əmin etdi.

Xəbər 437 dəfə oxunub
All rights reserved.