27-09-2018 13:22:04

YAP Binəqədi rayon təşkilatı Qadınlar Şurasının üzvlərinin iştirakı ilə iclas keçirildi-FOTOLAR



27 sentyabr 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında təşkilatın Qadınlar Şurasının üzvlərinin iştirakı ilə iclas keçirildi.

İclasda Qadınlar Şurasının gələcək fəaliyyət istiqamətləri, keçirilməsi nəzərdə tutulan bir sıra tədbir və layihələri geniş müzakirə edildi.

İclası giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatı Qadınlar Şurasının sədri Aytac Əliyeva şurada təmsil olunan fəal qadınların təşəbbüskarlığı və iştirakı ilə bir sıra mühüm uğurlu layihələrə imza atıldığını bildirdi. Qeyd etdi ki, Qadınlar Şurası bundan sonra da fəaliyyətini uğurla davam etdirməli və cəmiyyətin aparıcı, fəal hissəsi olaraq ictimai-siyasi proseslərdə yaxından iştirak etməlidir. Aytac Əliyeva qarşıdan duran vəzifələr, görüləcək işlər haqqında danışdı. Mühüm əlamətdar günlərlə bağlı keçirilən tədbirlərlə yanaşı, Qadınlar Şurasının müxtəlif səpkili layihələrə, sosial-humanitar aksiyalara da önəm verdiyini diqqətə çatdırdı. Qadın üzvləri bundan sonra daha da fəal olmağa çağırdı. Daha sonra cari ilin oktyabr ayının əvvəllərində keçirilməsi nəzərdə tutulan bir sıra tədbirləri - oktyabr ayının 2-də “Azərbaycanda qadınlara seçki hüququnun verilməsi” adlı tədbiri və oktyabrın 3-də 1 Oktyabr - Ahıllar Günü ilə bağlı təşkil olunacaq humanitar aksiyanı şura üzvlərinin müzakirəsinə təqdim etdi.

İclasda çıxış edən YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva Qadınlar Şurasının üzvlərinə rayon təşkilatının sədrinin tövsiyyələrini çatdırdı. Şurada müxtəlif sahələri əhatə etməklə fəal qadınların təmsil olunduğunu qeyd etdi. Yeni Azərbaycan Partiyası və onun 1995-ci ildən fəaliyyət göstərən qadınlar qolunda fəaliyyət göstərən qadınların hər zaman öz uğurlu və aktiv fəaliyyətləri ilə seçildiklərini vurğuladı. Bu baxımdan YAP Binəqədi rayon təşkilatı Qadınlar Şurasının üzvlərinin istər Binəqədi rayonunun ictimasi-siyasi həyatında fəal iştirak etdiyini, istərsə də ölkənin aparıcı qüvvəsi olaraq partiya sıralarında uğurla təmsil olunduqlarını qeyd etdi. Qadınların təşəbbüslərinin və dəstəyinin şuranın bundan sonrakı fəaliyyətində də əhəmiyyətli rol oynacağını nəzərə alaraq hər kəsi daha da fəal və təşəbbüskar olmağa səslədi.

İclasda həmçinin şura üzvləri Almaz Hacıyeva, Kubra Əliyarlı, Solmaz Kazımova, Ləman Əliyeva, Pərixanım Muradova çıxış edərək fikirlərini bildirdilər, bir sıra təkliflərlə çıxış etdilər. İclas müzakirələrlə davam etdirildi.

Kubra Əliyarlı

YAP Binəqədi rayon təşkilatı Qadınlar Şurasının üzvlərinin iştirakı ilə iclas keçirildi
 
 
 
 
 
 


Xəbər 959 dəfə oxunub
All rights reserved.