01-10-2018 08:01:17

YAP Binəqədi rayon təşkilatının inzibati binasında Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün müraciət etmiş şəxslərlə görüş keçirildi-FOTOLAR



28 sentyabr 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün müraciət etmiş şəxslərlə görüş keçirildi. Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, təşkilatın əməkdaşları, partiyaya üzv olmaq üçün müraciət etmiş şəxslər və müvafiq ərazi ilk partiya təşkilatlarının sədrləri iştirak etdilər.

Görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov qonaqları salamladı. Onları YAP Binəqədi rayon təşkilatının inzibati binasında görməkdən məmnun olduğunu bildirdi. Partiyaya üzv olmaq üçün müraciət etmiş şəxslərlə hər ayın sonunda görüşlərin keçirildiyini və bu halın artıq ənənəyə çevrildiyini diqqətə çatdırdı. Eyni zamanda Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, uğurlu siyasi fəaliyyətindən, ölkə prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətdən bəhs etdi. Dövlət başçısı cənab İlham Əliyevə xalqın inam və etimadının sayəsində partiya sıralarına üzv olanların sayının sürətlə çoxaldığını və rayon təşkilatına da çoxsaylı müraciətlərin edildiyini söylədi. YAP Binəqədi rayon təşkilatı tərəfindən görülən işlər və keçirilən tədbirlər barədə də məlumat verdi. Partiya üzvlərinin rayon təşkilatlarının bütün tədbirlərində və layihələrində fəal iştirak etməklərinin əhəmiyyətindın danışdı.

Daha sonra YAP-a üzv olmaq üçün müraciət etmiş şəxslərlə geniş söhbət aparıldı. Həmin şəxslər özləri və fəaliyyət istiqamətləri barədə məlumatlar verdilər. Onlara partiyanın tarixi, siyasi fəaliyyəti, Proqram və Nizamnaməsi, strukturu, eləcə də dünyada və ölkəmizdə baş verən mühüm ictimai-siyasi hadisələrlə bağlı bir sıra suallar ünvanladı.

Görüşdə çıxış edən YAP üzvlüyünə namizədlər partiya sıralarına qoşulmağın onların şəxsi təşəbbüsü olduğunu bildirdilər.


YAP Binəqədi rayon təşkilatının inzibati binasında Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün müraciət etmiş şəxslərlə görüş keçirildi
 
 
 
 



Xəbər 344 dəfə oxunub
All rights reserved.