05-10-2018 07:34:16

YAP Binəqədi rayon təşkilatının nümayəndələri Beynəlxalq Ahıllar Günü ilə əlaqədar Bilgəh Qocalar Evində oldular-FOTOLAR


03 oktyabr 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Qadınlar Şurasının və Binəqədi Bələdiyyəsinin birgə təşkilatçılığı ilə 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Bilgəh qəsəbəsində yerləşən Qocalar Evindəki ahıllar ziyarət olundu, onlarla görüş keçirildi.

Görüşü giriş nitqi ilə açan Qocalar Evinin direktoru Qətibə Əsədova bütün qonaqları salamladı. Belə bir görüşün təşkilatçılığına görə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə, YAP Binəqədi rayon təşkilatına, Binəqədi Bələdiyyəsinə və Binəqədi qəsəbə Bələdiyyəsinə təşəkkürünü bildirdi. Qayğıya ehtiyacı olan ahıl insanların bu əlamətdar gündə ziyarət olunmasının onlara böyük mənəvi dəstək olduğunu diqqətə çatdırdı.

YAP Binəqədi rayon təşkilatı Qadınlar Şurasının sədri Aytac Əliyeva çıxış edərək qeyd etdi ki, BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə, eləcə də ölkəmizdə qeyd olunması isə ahıllara diqqət və qayğının artırılması məqsədini daşıyır. Azərbaycanda ahıl insanlara dövlət qayğısı  ildən-ilə artır. Bu sahədə ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətləri, sevgisi isə hər kəsə nümunədir.

YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva çıxışında bildirdi ki, Beynəlxalq Ahıllar Günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 22 iyun 2001-ci il tarixdə “Ahıllara sosial xidmət haqqında” Qanun qəbul olunub. Həmin qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur. Onun sözlərinə görə bu gün də ahıllara gösətərilən diqqət və qayğı davam etdirilir.

Binəqədi Bələdiyyəsinin sədri Salman Umudov bildirdi ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda yaşlı insanların problemlərinə həssas münasibət bu gün də mövcuddur. Cənab Prezidentin təşəbbüsü və uğurlu islahatları nəticəsində ahılların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması, hüquqlarının təmin edilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bu cür qocalar evlərinin fəaliyyət göstərməsi və onlara hər cür şəraitin yaradılması da deyilənlərə bariz nümunədir. Fəxrlə deyə bilərik ki, ölkə rəhbərliyi tərəfindən bütün sahələrdə olduğu kimi ahıl vətəndaşlarımızın rifah halının daha da yaxşılaşdırılması yönündə də davamlı və ardıcıl tədbirlər görülür.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi, YAP Binəqədi rayon təşkilatı Qadınlar Şurasının üzvü Ləman Əliyeva isə çıxış edərək Azərbaycanın Birinci vitse prezidenti Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü və rəhbərliyi bu sahədə görülən işlərdən danışdı. Ölkəmizdə ahıl insanların hərtərəfli qayğı ilə əhatə olunması istiqamətində həyata keçirilən uğurlu islahatlardan bəhs etdi.

Görüş rəsmi hissə başa çatdıqdan sonra ölkənin tanınmış musiqiçilərinin iştirakı ilə konsert proqramı ilə süfrə arxasında davam etdirildi. Konsert proqramında Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva, əməkdar artistlər Almaz Orucova, İlkin Əhmədov və müğənni Mənsurə Musayeva ifalarını təqdim etdilər. Ahıl insanlar əylənərək musiqi sədaları altında rəqs etdilər. Sonda ahıllara müxtəlif dərman preparatları və hədiyyələr təqdim edildi. Görüş ahıllarda xoş təəssürat yaratdı.


Kubra Əliyarlı

YAP Binəqədi rayon təşkilatının nümayəndələri Beynəlxalq Ahıllar Günü ilə əlaqədar Bilgəh Qocalar Evində oldular
 
 
 
 
 
 
 
 
 
 
 
 
1 2


Xəbər 795 dəfə oxunub
All rights reserved.