22-10-2018 08:15:17

Binəqədi rayonunun bələdiyyələri tərəfindən “Yerli demokratiya həftəsi” çərçivəsində yekun tədbir, ümumrayon iməciliyi keçirilmişdir-FOTOLAR



20 oktyabr 2018-ci il tarixdə Binəqədi rayonu, 7–ci mikrayon, Dərnəgül metrostansiyasının üstündəki parkda Binəqədi rayonunun bələdiyyələri tərəfindən “Yerli demokratiya həftəsi” çərçivəsində yekun tədbir, ümumrayon iməciliyi keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı, başçının müavinləri, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, məsul əməkdaşları Şəhər Bələdiyyələri Milli Assosiyasiyasının katibi, “Belediyye.info” saytının rəhbəri, umumilikdə 250 nəfər rayon ictimaiyyəti iştirak etmişdir.
Məlumat üçün qeyd edək ki, Yerli demokratiya həftəsi” çərçivəsində 15 -21 oktyabr 2018-ci il tarixləri ərəfəsində Binəqədi rayonunun bələdiyyələri tərəfindən həftə ərzində hər bir bələdiyyə üzrə silsilə tədbirlər həyata keçirilmiş və yekun olaraq bu gün birgə yekun tədbiri keçirilmişdir.
Tədbirdə 500 ədəd Eldar şamı və 100 ədəd Xan çinar əkilmişdir.
Tədbirdə Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosasiyanın sədri, Rəsulzadə  bələdiyyəsinin sədri Hümbət Hüseynov və “Belediyye.info” saytının rəhbəri Vüqar Tofiqli çıxış etmiş, tədbirin mahiyyəti barədə iştirakşılara məlumat vermişdirlər. Sonra bələdiyyələr üzrə “Nümunəvi məhəllə komitə sədri” nominasiyası və “Nümunəvi vergi ödəyicisi” nominasiyası üzrə fərqlənən şəxslərə Fəxri Fərman və hədiyyələr təqdim olunmuşdur. Tədbirə çay süfrəsi ilə yekun vurulmuşdur.

Binəqədi rayonunun bələdiyyələri tərəfindən “Yerli demokratiya həftəsi” çərçivəsində yekun tədbir, ümumrayon iməciliyi keçirilmişdir
 
 
 
 
 
 
 
 
 
 
 
 
1 2


Xəbər 172 dəfə oxunub
All rights reserved.