12-11-2018 06:23:33

YAP Binəqədi rayon təşkilatının ərazi ilk partiya təşkilatında Dövlət Bayrağı Günü ilə əlaqədar “Müsəlman şərqindən dünyaya doğan günəş və 100 yaşlı bayraq“ adlı tədbir keçirildi-FOTOLAR



07 noyabr 2018 ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Bakı şəhəri., Z.Bünyadov pr., 3 ünvanında (Azərbaycan Respublikası Milli Arxiv İdarəsi) yerləşən ərazi ilk partiya təşkilatında Dövlət Bayrağı Günü ilə əlaqədar “Müsəlman şərqindən dünyaya doğan günəş və 100 yaşlı bayraq“ adlı tədbir keçirildi.

Tədbir Azərbaycan Respublikasının himninin səsləndirilməsi ilə başladı.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov qonaqları salamladı və bu əlamətdar gün münasibətilə hər kəsi təbrik etdi. Əsgər Rəsulov çıxışında bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.Bayrağın dövlətin bütövlük, müstəqillik, yenilməzlik, ucalıq, bir sözlə müqəddəslik rəmzi olduğunu qeyd edən natiq Azərbaycanın dövlət bayrağının 100 illik yubileyinin Azərbayca Xalq Cumhuriyyətinin 100 illiyi kontekstində araşdırılmasının vacib olduğunu bildirərək istiqlalımızın, eləcə də bugünkü dövlət bayrağımızın çətin və keşməkeşli tarixindən, bayrağımızın simvollarının mənalarından,cumhuriyyət qurucularının o zamankı çətin dönəmdə fədakarlığından ətraflı məlumat verdi.

Ərazi ilk partiya təşkilatının sədri Yeganə Cabbarlı  “Müsəlman şərqindən dünyaya doğan günəş və 100 yaşlı Azərbaycan bayrağı” mövzusunda geniş məruzə ilə çıxış etdi.  Yeganə Cabbarlı bildirdi ki, Dövlət bayrağı  haqqında ilk qərar hökumət tərəfindən 21 iyun 1918 – ci il tarixdə qəbul edilir. Həmin qərarda deyilirdi:“Azərbaycan bayrağı olmaq surətilə qırmızı parçadan yapılmış, üzərində ağ aypara və ağ səkkiz guşəli yıldız olan bayraq qəbul edilsin”. Lakin qəbul edilmiş həmin bayrağın türk bayrağı ilə oxşarlığı səbəbindən həmin ilin 9 noyabr tarixində hökumət “Milli bayraq haqqında” qərar qəbul edir. Bu qərarda isə artıq bu gün də başımızın üstündə dalğalanan yaşıl, qırmızı və mavi rənglərdən ibarət, üzərində aypara və səkkizguşəli ulduz olan müqəddəs bayrağımız təsvir olunurdu.Bu bayrağı qəbul etməklə  hökumət əsas meyarın millət, qərb mədəniyyəti və iman üçlüyündən ibarət olduğunu nümayiş etdirdi”- deyə natiq qeyd etdi.

 Daha sonra çıxış edən Dövlət arxivinin  əməkdaşı  Nərminə Babayeva  qonaqları salamladı. Azərbaycan xalqının bayrağını, dövlətini sevən, yeri gəldikdə isə bayraq üçün canından belə keçməyə hazır olan gənclərimizin həmişə var olduğunu olduğunu qeyd etdi.

Sonra çıxış edən Aqil Məmmədov AXC-nin maliyyə  və iqtisadi siyasəti barədə ətraflı məlumat verdi.

Sonra çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov tədbir iştirakçılarını salamladı və təbriklərini çatdırdı.Azərbaycanın dövlət bayrağının 100 illlik tarixini mərhələlərə bölərək bu mərhələlərin hər biri haqqında məlumat verdi. Dövlət müstəqilliyimizin bərpa olunmasından əvvəl, sovet hakimiyyətinin hələ mövcud olduğu dövrdə xalqımızın böyük oğlu Heydər Əliyev Naxçıvanda üçrəngli Azərbaycan bayrağını ucaltmışdı. 1990-cı il iyulun 22-də xalqımızın dahi oğlu Heydər Əliyevin Naxçıvana və böyük siyasətə qayıdışı Naxçıvandan başlanan milli dirçəliş prosesinin bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması ilə müşayiət olunmağa başlamışdı. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisi müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etdi. Azərbaycan Respublikasının Dövlət bayrağı ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilmişdir.

Sonda Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov çıxış edərək bir daha təbriklərini tədbir iştirakçılarının nəzərinə çatdırdı. Əsgər Rəsulov həmçinin Milli Arxiv İdarəsinin Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə əlaqədar “Azərbaycan Xalq Cumhuriyyəti (1918-1920) Təhsil siyasəti sənədlər toplusu” və  “Azərbaycan Xalq Cumhuriyyətinin qurucuları” adlı kitabların Azərbaycan ictimaiyyətinə töhvə oldugunu vurğuladı.

Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni üzv olan arxiv əməkdaşlarına partiya üzvlük vəsiqələri təqdim edildi.


YAP Binəqədi rayon təşkilatının ərazi ilk partiya təşkilatında Dövlət Bayrağı Günü ilə əlaqədar “Müsəlman şərqindən dünyaya doğan Günəş və 100 yaşlı bayraq“ adlı tədbir keçirildi
 
 
 
 
 
 
 
 
 
 
 

Xəbər 375 dəfə oxunub
All rights reserved.