25-12-2018 09:58:49

Binəqədi rayonu Xocasən qəsəbəsində yerləşən Matadrom yaşayış massivində növbəti ağacəkmə aksiyası keçirilib-FOTOLAR



Dövlət başçısı cənab İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi yaşıllıq zolaqlarının  genişləndirilməsi işi paytaxtın bütün rayonlarında olduğu kimi Binəqədi rayonunda da əsas  proritet  istiqamətini təşkil edir. Sağlam və təmiz ətraf mühitin yaradılması məqsədi ilə Bakı şəhərində mütəmadi olaraq rayon iməclikləri keçirilməkdədir.
22 dekabr  2018- ci il  tarixdə Binəqədi rayonu Xocasən qəsəbəsində yerləşən Matadrom yaşayış massivində Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilmişdir.Tədbirdə RİH başçısı Elxan Allahverdiyev, RİH başçısının müavinləri, Aparatın məsul əməkdaşları, YAP Binəqədi rayon təşkilatının fəal gəncləri, Binəqədi rayon bələdiyyələrinin, MKTB-nin, Rayon Yaşıllaşdırma idarəsinin əməkdaşları iştirak etmişdilər. 350-dən çox insanın iştirak etdiyi aksiyada Abşeron yarımadasının  iqlim şəraitinə uyğun olaraq 600-dən çox Şam, Küknar, Badam ağacı əkilmişdir.
Aksiya zamanı milli ruhda musiqi nümunələri səsləndirilmiş, çay süfrəsi təşkil edilmişdir.

Binəqədi rayonu Xocasən qəsəbəsində yerləşən Matadrom yaşayış massivində növbəti ağacəkmə aksiyası keçirilib
 
 
 
 
 
 


Xəbər 99 dəfə oxunub
All rights reserved.
Error