08-01-2019 12:10:27

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyətindən bəhs edən dərslər keçirilmişdir-FOTOLAR




07 yanvar 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyətindən bəhs edən dərslər keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Binəqədi rayonu 283 nömrəli tam orta məktəbin direktoru, YAP Binəqədi rayon təşkilatının sədr müavini Tünzalə Zeynalova Heydər Əliyev dərslərinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tövsiyyələrinə əsasən qrafik üzrə hər ay keçirilməsi barədə məlumat verdi. Bildirdi ki, ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığı haqqında öyrənmək və bilmək indiki gənclər üçün çox əhəmiyyətli və vacibdir. O,qeyd etdi ki, Heydər Əliyev dərslərinin keçirilməsi ilə bağlı YAP Binəqədi rayon təşkilatı hər dəfə tam orta ümum təhsil məktəblərinə dəstək olur.

Daha sonra Binəqədi rayonu 30 və 115 nömrəli tam orta məktəblərin şagirdləri ümummilli lider Heydər Əliyev haqqında dünya siyasətçilərinin dediyi sözləri səsləndirdilər.

Ulu öndər Heydər Əliyev “Milli neft strategiyasının yaradıcısıdır” mövzusunda çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov müəllim və şagird kollektivini salamladı. Bildirdi ki, Heydər Əliyev tək Azərbaycanın neft strategiyasını deyil, ümumilikdə Azərbaycanın yaradıcısı və qurucusudur. 1994-cü il 20 sentyabrda imzalanan Əsrin müqaviləsi Azərbaycan iqtisadiyyatında əsaslı dəyişiklik etdi. Əsrin müqaviləsi ilk günlərdən başlayaraq vahid proqram üzrə işləməyə başladı və öz səmərəsini verdi. Əsrin müqaviləsinin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə imza atıldı. Ən böyük nailiyyət isə odur ki, Azərbaycan ictimai-siyasi sabitliyə nail oldu, iqtisadi inkişafa və iqtisadi təhlükəsizlik yarandı. Azərbaycan nəinki neft sənayesində, qeyri-neft sektorunda da sərmayeçilər üçün əlverişli ölkəyə çevrildi. Bu gün artıq Azərbaycan regionun enerji xəritəsini müəyyən edən ölkədir. Neft kapitalının insan kapitalına çevrilməsi və bu istiqamətdə işlərin aparılması neft strategiyasının əsas amilidir. Ramiz Göyüşov eyni zamanda TANAP və Star neft emalı zavodundan da ətraflı bəhs etdi. Vurğuladı ki, Azərbaycan bu layihələrin reallaşması ilə dünyada təhlükəsizliyin, əməkdaşlığın, qarşılıqlı iqtisadi maraqların təmin olunması tərəfdarı olaraq, özünü bir daha sübut edir. TANAP energetika bazarında hegemonluğa və ya inhisarçılığa qarşı atılan addımdır. Azərbaycan karbohidrogen daşıyıcılarının nəqlinin şaxələnməsi istiqamətində fəaliyyətə başlayıb, Bakı-Tbilis-Ceyhan kimi TANAP-ın açılışı ilə də öz töhfəsini verir. 

Azərbaycan iqtisadiyyatında keyfiyyət dəyişiklikləri sürətlə baş verməkdir. Əsasən emal sənayesinə və əlavə dəyər yaradan sahələrin inkişafını özündə ehtiva edən bu dəyişikliklər Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Bu mühüm layihələrdən biri Türkiyədə inşası başa çatan STAR neft emalı zavodudur. 6.3 milyard dollar dəyəri və Türkiyədə son 30 ildə real sektorda ən böyük investisiya layihəsi olan bu zavod Türkiyənin xam neft emalına olan tələbatının 25%-ni ödəyəcək. Zavod Türkiyə daxili bazarı üçün dizel, təyyarə yanaçağı, nafta, ksilen və digər məhsullar istehsal edəcək. Zavodun illik istehsal gücü 4.8 milyon ton dizel, 1.6 milyon ton təyyarə yanacağı və 1.6 milyon ton nafta təşkil edir. STAR Türkiyənin illik 28.1 milyon tona çatan neft emalı gücünu 33% artıracaq, ölkənin neft emalı məhsulları idxalında 1.5 milyard dollar qənat etməsinə səbəb olacaq. Regional iqtisadiyyat quran Azərbaycan bu layihələrlə öz iqtisadi gücünü daha da artırmış olur. Bir sözlə, Azərbaycan bu kimi irihəcmli beynəlxalq layihələrdə aparıcı olmaqla, həm də bölgədəki tranzit dövlətlərin əhəmiyyətini artırır. Həmin dövlətləri xaricdən gələn siyasi, iqtisadi təzyiqlərdən qoruyur.

Sonda xatirə şəkli çəkildi.


Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyətindən bəhs edən dərslər keçirilmişdir
 
 
 
 
 
 



Xəbər 430 dəfə oxunub
All rights reserved.
Error