14-01-2019 12:26:29

YAP Binəqədi rayon təşkilatında partiyaya üzv olmaq üçün müraciət edən şəxslərlə görüş keçirildi-FOTOLAR



11 yanvar 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında partiya sıralarına qoşulmaq üçün müraciət edən şəxslərlə növbəti görüş keçirildi. Görüşdə YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, təşkilatın əməkdaşları, partiyaya üzv olmaq üçün müxtəlif ərazi ilk partiya təşkilatları üzrə müraciət etmiş şəxslər və həmin ərazi ilk partiya təşkilatlarının rəhbər şəxsləri iştirak etdilər.

Görüşü giriş nitqi ilə açan Sevinc Abdullayeva Yeni Azərbaycan Partiyasının yaranma tarixi, Nizamnamə və Proqramı, strukturu haqqında məlumat verdi. Bildirdi ki, partiya təsis olunduqdan bu günədək siyasi fəaliyyətinin bütün dövrlərində dövlətinin və xalqının maraqlarını hər bir şeydən üstün tutub. Partiyanın Nizamnamə ilə təsdiq olunmuş bütün prinsiplərində də məhz bu məqsəd və məramı aydın şəkildə ifadə olunur. Yeni Azərbaycan Partiyasının ali məqsədi Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutması, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, sabit və sosial yönümlü iqtisadiyyatın yaradılması, irqindən, milliyyətindən, sosial mənşəyindən, dilindən və dinindən asılı olmayaraq şəxsiyyətin hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsinin təmin edilməsi, qanunçuluq, möhkəm əmin-amanlıq, ictimai həmrəylik və firavan həyat üzərində qurulmuş vətəndaş cəmiyyətinin formalaşdırılması və insanların müstəqil dövlətçilik ətrafında birləşdirilməsindən ibarətdir.

O, daha sonra ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində, eləcə bu gün onun ideyalarını ləyaqətlə davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu siyasətdən bəhs etdi.

Partiyaya üzv olmaq üçün müraciət edən şəxslər çıxış edərək partiyaya üzv olmaqda məqsəd və məramlarını açıqladılar. Onlar bildirdilər ki, Yeni Azərbaycan Partiyasına üzv olmaqda məqsədləri ulu öndər Heydər Əliyev ideyalarını dəstəkləmək və bu partiyaya qoşulmaqla bu dəstəyi öz əməli fəaliyyətlərində göstərməkdir. Görüşün sonunda namizədlər tərəfindən partiyanın fəaliyyəti ilə bağlı onlara ünvanlanan suallar cavablandırıldı.

YAP Binəqədi rayon təşkilatında partiyaya üzv olmaq üçün müraciət edən şəxslərlə görüş keçirildi
 
 
 
 
 
 
 


Xəbər 236 dəfə oxunub
All rights reserved.
Error