14-01-2019 12:47:01

Aprel döyüşlərində həlak olmuş şəhid Fəxrəddin Qurbanlının doğum günü ilə əlaqədar tədbir keçirilib-FOTOLAR



11.01.2019-cu il tarixində Binəqədi rayonu 179 №-li tam orta məktəbdə aprel şəhidi, məktəbin məzunu aprel döyüşlərində həlak olmuş şəhid Fəxrəddin Qurbanlının doğum günü ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin, Rayon Gənclər və İdman İdarəsinin və 179 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə tədbir keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva, “Zəfər” şəhid ailələrinə dəstək ictimai birliyinin sədri, aprel şəhidi polkovnik Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə, şəhid ailələri, şəhidin döyüş dostları, yaxın qohumları və ailə üzvləri iştirak etmişdir. Tədbir dövlət himninin səsləndirilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə açan 179 nömrəli tam orta məktəbin direktoru Bayaz Novruzova Azərbaycan Ordusunun aprel döyüşlərində qazandığı qələbədən və Fəxrəddin Qurbanlının qısa həyatı haqqında məlumat verdi.
F.Qurbanlının atası Seyfəddin Qurbanov da çıxış edərək övladı ilə bağlı xatirələrini bölüşdü və tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.
Çıxış edən qonaqlar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olan bütün oğul və qızlarımızın xatirəsinin xalqımızın qəlbində yaşayacağını vurğulayaraq, dövlətimizin başçısı Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən aparılan siyasət nəticəsində tezliklə torpaqlarımızın işğaldan azad ediləcəyini bildirdilər.
Sonda 179 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olundu.

Aprel döyüşlərində həlak olmuş şəhid Fəxrəddin Qurbanlının doğum günü ilə əlaqədar tədbir keçirilib
 
 
 
 
 


Xəbər 81 dəfə oxunub
All rights reserved.
Error