YAP Binəqədi rayon Təşkilatının sədri

     Göyüşov Ramiz Cahandar oğlu 01 sentyabr 1954-cü ildə anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) bitirmişdir. Uzun illər icra strukturlarında məsul və rəhbər vəzifələrdə çalışmış, 1990-1991-ci illərdə Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin sədr müavini, 1993-1996-cı illərdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini, 1996-2005-ci illərdə icra başçısının birinci müavini vəzifələrində çalışmışdır. 2005-ci ildən Binəqədi rayon İcra Hakimiyyəti başçısı aparatında şöbə müdiri vəzifəsində işləyir.

Dövlət qulluğu müşaviridir. 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.

2013-cü ilin iyul ayında Yeni Azərbaycan Partiyası  Binəqədi rayon Təşkilatına sədr seçilmişdir. 

All rights reserved.