İdarə Heyəti

 İsgəndərov Xaləddin Şahmar oğlu - 5 noyabr 1962-ci ildə Qasım İsmayılov rayonunun Xanqərvənd kəndində anadan olub. 1984-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Əmtəəşünaslıq” fakultəsini bitirib. Əmək fəaliyyətinə 1979-cu ildə Yevlax rayonu Birləşdirilmiş Qaz Birliyində çilingər olaraq başlayıb, 1984-1985-ci illərdə Qubadlı rayonu İstehlak Cəmiyyətində Sədr Müavini vəzifəsində, hərbi xidmətdən qayıtdıqdan sonra isə 1987-1991-ci illərdə Abşeron rayonu Təsərrüfat hesablı Univermaqda əmtəəşünas vəzifəsində, 1991-1992-ci illərdə Xızı rayonu İstehlak Cəmiyyətinin ticarət şöbəsinin müdiri vəzifəsində, 1992-2001-ci illərdə “Azər” təsərrüfat hesablı müəssisənin direktoru vəzifəsində çalışıb. 2001-2003-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin böyük referenti vəzifəsində, 2003-2012-ci illərdə Vergilər Nazirliyinin 11 saylı və 14 saylı Ərazi Vergi İdarələrində, Bakı şəhəri Vergilər Departamentində, Vergilər Nazirliyi yanında Xüsusi rejimli Vergi Xidməti Departamentində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi münasibətilə “Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilib. 26 aprel 2012-ci il tarixdən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısıdır. Ailəlidir, 2 övladı var.  2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 
 İbrahimov Eldar Rza oğlu - 1945-ci il martın 12-də Azərbaycan Republikası Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində anadan olub. 1970-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. 1980-1982-ci illərdə Naxçıvan vilayət partiya komitəsində təlimatçı, 1982-1985-ci illərdə Naxçıvan MMSR K/T texnikası birliyinin sədri, 1985-1988-ci illərdə Naxçıvan MSSR Dövlət Aqrar Sənayə Komitəsinin sədr müavini, 1988-1991-ci illərdə Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini, dövlət aqrar sənayə komitəsinin sədri, vilayət partiya komitəsinin büro üzvü olub. 1993-cü ildən Naxçıvan MR Baş nazirinin birinci müavini, Dövlət İqtisad və Plan komitəsinin sədri vəzifələrində işləyib. Naxçıvan MR Ali Sovetinin (1995) və Azərbaycan Respublikası Ali Sovetinin (1990), Azərbaycan Respublikası I, II, III, IV, V çağırış Milli Məclisinin deputatı seçilib. Milli Məclisdə Aqrar Siyasət Komitəsinin sədridir. Yeni Azərbaycan Partiyasında İdarə Heyətinin üzvüdür. 18 may 2017-ci il tarixdə YAP Binəqədi rayon Təşkilatının IX konfransında sədr müavini seçilib. Ailəlidir, 3 övladı var. 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Hüseynli Əli Məhəmməd oğlu - 1968-ci ildə Bakı şəhərində anadan olub. 1987-ci ildə Kalinin Dövlət Universitetinin, 1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib.1991-1995-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsində, 1995-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, 1996-2000-ci illərdə isə Azərbaycan Respublikasının Milli Məclisində müxtəlif vəzifələrdə çalışıb.2000-ci il 5 noyabr və 2005-ci il 6 noyabr Parlament seçkilərində Milli Məclisə deputat seçilib. 2003-cü ildən hal-hazıra kimi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədridir. Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyəti rəhbərinin müavinidir. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının üzvü olub. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvüdür. 18 may 2017-ci il tarixdə YAP Binəqədi rayon Təşkilatının IX konfransında sədr müavini seçilib. Ailəlidir, 2 övladı var. 1999-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.


 Göyüşov Ramiz Cahandar oğlu - 1 sentyabr 1954-cü ildə anadan olub. 1975-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) bitirib. Uzun illər icra strukturlarında məsul və rəhbər vəzifələrdə çalışıb, 1990-1991-ci illərdə Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin sədr müavini, 1993-1996-cı illərdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini, 1996-2005-ci illərdə icra başçısının birinci müavini vəzifələrində çalışıb. 2005-ci ildən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında şöbə müdiri vəzifəsində işləyir. Dövlət qulluğu müşaviridir. 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. 11 iyul 2013-cü il tarixdə YAP Binəqədi rayon Təşkilatının  XIII konfransında sədr və 18 may 2017-ci il tarixdə YAP Binəqədi rayon Təşkilatının IX konfransında sədr seçilib. 1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 

 Qafarov Kamaləddin Nəsrəddin oğlu - 7 sentyabr 1976-cı ildə Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” fakültəsini bitirib. Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktorunun müavinidir. 2015-ci ildə 9 saylı Binəqədi ikinci seçki dairə komissiyasından V çağırış Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilmişdir. Milli Məclis Səhiyyə Komitəsinin üzvüdür. Ailəlidir, 4 övladı var. 2015-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.


 Abbasəliyev Ziyad Məhəmmədəli oğlu - 1 yanvar 1950-ci ildə Ermənistan SSR-in Krasnoselsk rayonunda anadan olub. Azərbaycan Politexnik İnstitutunda oxuyub. N.Şvernik adına Moskva Ali Həmkarlar İttifaqı Hərəkatı Məktəbinin iqtisadiyyat fakültəsini, Mafksizm-Lenizim Universitetinin Sosiologiya fakültəsini bitirib. 1993-2015-ci illərdə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində mühəndis, iqtisadçı, baş iqtisadçı, şöbə müdirinin müavini vəzifələrində, 1984-1996-cı illərdə Kadrlar idarəsinin rəisi, 1996-2005- ci illərdə əhalinin siyahıyaalınması idarəsinin rəisi, 2005-2015-ci illərdə Aparatın rəhbəri vəzifəsində işləyib. 2016-cı ildən hal-hazıradək Bakı Slavyan Universitetində şöbə müdiri vəzifəsində işləyir. Ailəlidir, 3 övladı var. 1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.


 Axundov İsfəndiyar Məhəmməd oğlu - 25 iyul 1951-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Siyaqut kəndində anadan olub. 1969-cu ildə orta məktəbi bitirib. 1977-ci ildə Naxçıvan Politexnik Texnikomunun Sənaye və Mülki Tikinti fakultəsinə daxil olub. Elə həmin illərdə tikintidə master və iş icraçısı olaraq çalışmağa başlayıb.1988-ci ildən başlayaraq, sahibkar kimi fəaliyyətə başlayıb və hal-hazırda da “Şərur” Mənzil Tikinti Kooperativinin sədri olaraq fəaliyyətimi davam etdirir.Ailəlidir, 5 övladı var. 2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili ixtisasını bitirib. “Bakı Tekstil Fabriki” MMC-nin təsisçisi, fabrikin direktoru vəzifəsində çalışır.2010-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.


 Bayramov Qüdsi Həsən oğlu - 1 noyabr 1981-ci ildə Ermənistan Respublikası, Krasnoselo rayonunun Toxluca kəndində anadan olub. 1998-2003-cü illərdə Azərbaycan Beynəlxalq Universitetinin Stomatologiya fakültəsinə Universitetində, 2003-2004-cü illərdə Azərbaycan Dövlət Tibb Universitetində həkim-stomatoloq ixtisası üzrə İnternaturanı fərqlənmə diplomu ilə bitirib. 2004-cü ildə Azərbaycan Beynəlxalq Universitetində stomatologiya fakültəsinin profilaktik-təbabət kafedrasına müəllim, noyabr ayında  fakültənin dekan müavini vəzifəsinə təyin olunub. 2006-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın dövlət tənzimlənməsi fakültəsinə ikinci ixtisas üzrə bitirib. 1 avqust 2008-ci il tarixdən 30 iyun 2017-ci il tarixədək Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində işləyib. Hal-hazırda Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsində işləyir. I dərəcə dövlət qulluqçusudur. 2005-ci ildə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ikinci, 2011-ci ildə üçüncü qurultayında şura və idarə heyətinin üzvü və Binəqədi rayon Gənclər Birliyinin sədri seçilib. 2011-2017-ci illərdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının idarə heyətinin üzvü, Yeni Azərbaycan Partiyasının dörd və beşinci qurultaylarına nümayəndə olaraq seçilib. 2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.


 Daşdəmirov Rasim Bayram oğlu - 20 fevral 1946-cı ildə Gəncə şəhərində anadan olub. 1977-1980-ci illərdə Gəncə şəhər Partiya Komitəsində təlimatçı, 1980-1990-cı illərdə Gəncə şəhər Nizami Rayon Partiya Komitəsində katib, 1990-1991-ci illərdə Gəncə şəhər Kəpəz Rayon Partiya Komitəsində II katib, 1992-ci ildə Gəncə Şəhər İcra Hakimiyyətində məsləhətçi, 1993-1994-cü illərdə Ərazi idarəetmə orqanları ilə iş şöbəsində  müdir vəzifəsində işləyib. 1994-cü ilin noyabr ayından 2000-ci ilin iyul ayına kimi Gəncə Şəhər İcra Hakimiyyətinin  başçısı olub. 2000-2002-ci illərdə Respublika Kommunal Komitəsinin sədr müavini olub. 2008-ci ildən təqaüdçüdür. Ailəlidir, 4 övladı var. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.


 Əliyev Mürsəl İldırım oğlu -  31 dekabr 1959-cu ildə Azərbaycan Respublikası Dağlıq Qarabağ Muxtar Vilayətinin Ağdərə rayonunun Sırxavənd kəndində anadan olub. I dərəcəli dövlət qulluqçusudur. 2013-cü ildən ETSN-nin Mineral Xammal Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışır. Ailəlidir, 3 övladı var. 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.


 Əliyeva Aygün  Nazif qızı - 29 iyul 1988-ci ildə Rusiya Federasiyasının Tümen vilayətinin Koqalım şəhərində anadan olub. 2006-2010-cu ildə Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin bakalavr, 2010-2012-ci illərdə həmin universitetin eyni ixtisası üzrə magistr pilləsində təhsil alıb. 2012-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində distant təhsil alır. Əmək fəaliyyətinə 2010-cu ildə Azərbaycan Dillər Universitetində başlayıb, 2012-ci ildən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin layihələr üzrə koordinator vəzifəsində, 2013-cü ilin dekabr ayının 4-dək Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında baş təlimatçı vəzifəsində çalışıb, 4 dekabr 2013-cü ildən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ideoloji məsələlər üzrə sədr müavinidir. Ailəlidir, 2 övladı var. 2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.


 Əliyeva Aytac Pərviz qızı - 17 fevral 1985-ci ildə anadan olub. 2007-ci ildə Qərb Universitetinin Siyasi Elmlər fakültəsinin Politologiya ixtisasını və 2011-ci ildə Bakı Dövlət Universitetinin Psixologiya və sosiologiya fakültəsinin bitirib. Binəqədi qəsəbə bələdiyyəsinin sədri vəzifəsində çalışır. 2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.


 Əsgərov Hüseyn Abbas oğlu - 1958-ci ildə Naxçıvanda anadan olub. Azərbaycan Dövlət Universitetini  Filoloq ixtisası üzrə bitirib. 1981-1984-cü illərdə Azərbaycan Respublikasının Sabirabad rayonunda Azərbaycan dili və ədəbiyyatı müəllimi, 1984-1997-ci illərdə Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunda elmi işçi  vəzifəsində çalışıb. 1997-ci ildən bu günə kimi Bakı Dövlət Universitetinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasında müəllim, baş müəllim, dosent, professor kimi fəaliyyət göstərir.2003-2006-cı illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Binəqədi Rayon Təhsil Şöbəsinin müdiri kimi çalışıb. 3 avqust 2006-cı il tarixdən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini vəzifəsinə təyin olunub. 18 may 2017-ci il tarixdə YAP Binəqədi rayon Təşkilatının IX konfransında sədr müavini seçilib. 1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.


 Fərzəliyev Əliyar Əmrah oğlu - 1962-ci ildə anadan olub. Sənaye Cihazqayırma Elmi-İstehsalat Müəssisəsinin  direktor müavinidir. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.


 Hacıyev Fədai Tofiq oğlu - 26 oktyabr 1959-cu ildə Ermənistan Respublikası, Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. 1977-1983-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin Sanitariya gigiyena fakültəsində təhsilini bitirdikdən sonra 1987-ci ilədək təyinatla Əli-Bayramlı şəhər MRX-da çalışıb. 1987-ci ildən 1997-ci ilədək M.Qasımov adına RKX-da Reanimasiya və İntensiv Terapiya Şöbəsinin ekspress-laboratoriyasında həkim-laborant vəzifəsində, Abşeron rayon Gigiyena və Epidemiologiya Mərkəzində direktor vəzifəsində, 1997-ci ildən 2000-ci ilədək Səbayıl rayon Gigiyena və Epidemiologiya Mərkəzində direktor vəzifəsində, 2000-2003-cü ilədək Nəsimi rayonunda direktor vəzifəsində çalışıb. 2003-cü ildən Binəqədi Rayon Gigiyena və Epidemiologiya Mərkəzində direktor işləyir. Ailəlidir, 2 övladı var. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.


 Həsənzadə İsaq Kərəm oğlu - 1 fevral 1958- ci ildə Gədəbəy rayonu, Sovetobad kəndində anadan olub. 1977-1982-ci illərdə Azərbaycan Mühəndis İnşaatçılar İnstitutunda təhsil alıb. 1982-ci ildə təyinatla indiki Heydər Əliyev adına Dərin Özüllər zavodunda mühəndis, mühəndis konstruktor, 1985-ci ildə Evtikmə kombinatında mühəndis, mühəndis kontruktor, şöbə müdiri, sex rəisi, böyük mühəndis, 8 saylı Dəmir beton zavodunda idarə heyətinin sədri vəzifəsində çalışıb,  2005-ci ildən “Rio” firmasında direktor vəzifəsində işləyir. Ailəlidir, 4 övladı var. 2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.


 Hüseynov Elçin Məmməd oğlu - 13 fevral 1968-cı ildə Naxçıvan MR Ordubad şəhərində anadan olub. 1993-cü ildə Azərbaycan Tibb Universitetini Topçubaşov adına təqaüdlə bitirib və təhsildə əldə etdiyi böyük uğurlara görə Universitetdə saxlanılıb. 1993-1994–cü illərdə Azərbaycan Tibb Universitetini İnfeksion xəstəliklər kafedrasında baş laborant kimi çalışıb, 1994-cü ildə assistent vəzifəsinə keçirilib, 2016-cı ildən isə dosent kimi fəaliyyət göstərir. 1999-2008-ci illərdə Azərbaycan Respublikası Əlilləri Bərpa Mərkəzinin baş həkimi işləmişdir. 2010-2013-cü illərdə yeni yaradılmış Şamaxı Diaqnostika Mərkəzinin baş həkimi kimi mərkəzin qurulmasında mühüm uğurları olub. 2013-ci ildən Bakı şəhəri 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 2004-cü ildə Kiyev şəhərində A.A.Boqomolsa adına Milli Tibb Universitetində “Azərbaycan Respublikasında müasir malyariyanın diaqnostikası, müalicəsi və profilaktikası” mövzusunda dissertasiya işini müdafiə edib, tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.


 Hüseynov Hümbət Rəhim oğlu - 3 dekabr 1963-cü ildə anadan olub. Azərbaycan Texniki Universitetinin mexanika fakültəsini və Moskva Dövlət Sosial Universitetinin hüquq fakültəsini bitirib. M.Ə.Rəsulzadə bələdiyyəsinin sədridir. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 İsmayılov Vüsar  Qəşəm oğlu - 6 aprel 1973-cü ildə Şərur rayonunun Çərçiboğan kəndində anadan olub. 2002-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakultəsini, 2006-cı ildə AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakultəsini bitirib. 1990-1993-cü illərdə Şərur rayonu 16 saylı mexanikləşdirilmiş səyyar dəstədə II dərəcəli fəhlə kimi əmək fəaliyyətinə başlayıb. 1994-1997-ci illərdə YAP Şərur rayon təşkilatının “İnam yolu” qəzetində şöbə müdiri, 1997-2000-ci illərdə Təsərrüfat hesablı təmir-tikinti idarəsində hüquq məsləhətçisi, 2000-2001-ci illərdə 3 saylı mənzil tikinti trestinin 18 saylı təmir tikinti idarəsində hüquq məsləhətçisi, Nərimanov rayon ƏƏSMM-də pensiya üzrə müfəttiş, 2001-2008-ci illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Aparatında İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri vəzifələrində işləyib. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 26 may 2008-ci il tarixli 22 nömrəli Əmri ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib. Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsini alıb. 18 may 2017-ci il tarixdə YAP Binəqədi rayon Təşkilatının IX konfransında sədr müavini seçilib.


 İsmayılzadə Füzuli Ağaqulu oğlu - 26 dekabr 1941-ci ildə anadan olub. 1974-cü ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunun (indiki Slavyan Universiteti) rus dili fakültəsini bitirib. 1977-2009-cu illərdə Binəqədi rayonunda məktəb direktoru vəzifəsində işləyib.  2011-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Təqaüdçüdür. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 


 Məmmədov Məmməd Əhməd oğlu - 5 may 1941-ci ildə Tovuz rayonunda anadan olub. 1960-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin Maliyyə-Kredit fakültəsində təhsil alıb. 1966-cı ilin fevral ayından 1985-ci ilin aprel ayınadək Bakı şəhəri Əmanət Bankının rəisi vəzifəsində işləyib. 1985-ci ilin aprel ayından 13 yanvar 1993-cü ilədək Azərbaycan Respublikası Əmanət Bankının Prezidenti vəzifəsində işləyib. 13 yanvar 1993-cü ildən Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin İdarə Heyətinin Sədri vəzifəsində işləyir. Ailəlidir, 3 övladı var. 1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.


 Orucova Adilə Murad qızı - 1 yanvar 1950-ci ildə anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. 1972 ci ildən 77 cilə qədər 246 saylı məktəbdə müəllim,1977-80 ci ilə qədər director müavini işləyib Binəqədi rayonu 267 nömrəli məktəb liseyin direktorudur.2004 cü ildə ilin ən yaxşı direktoru  naminasiyası adını alıb.2005 ci ldə Əməkdar müəllim adını alıb. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Süleymanov İlqar Qəzənfər oğlu - 12 iyul 1970-ci ildə anadan olub. 1992-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. Dövlət qulluğu müşaviridir. Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavinidir. 2013-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Zeynalov Yolçu İdris oğlu - 25 dekabr 1949-cu ildə Yevlax rayonunun Səmədabad kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Politexnik  İnstitutunu, 1989-cu ildə Bakı Ali Partiya Məktəbini bitirib, hidrotexexnika mühəndisi və dövlət quruculuğu üzrə mütəxəssisdir. Dövlət qulluqçusu, kiçik müşavirdir. Kənd Təsərrüfatı Nazirliyi Aparatının Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdir müavini vəzifəsində işləyir. Ailəlidir, 3 övladı var. 1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Zeynalova Tünzalə Həsən qızı - 7 fevral 1969-cu ildə Tovuz rayonunda anadan olub. 1990-cı ildə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsini bitirib. 1990-cı ildən Bakı şəhəri, Nəsimi rayonu 144 saylı tam orta məktəbdə müəllim, daha sonra müəllimliklə yanaşı təşkilatçı və təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb, 3 sentyabr 2015-ci ildən Binəqədi rayonu, 283 saylı tam orta məktəbin direktoru vəzifəsində işləyir.1993-cü ildən etibarən MSK-nın üzvü, katibi və sədri vəzifələrində işləyib. 18 may 2017-ci il tarixdə YAP Binəqədi rayon Təşkilatının IX konfransında sədr müavini seçilib. Ailəlidir, 1 övladı var. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.













All rights reserved.