Şura

 İsgəndərov Xaləddin Şahmar oğlu - 5 noyabr 1962-ci ildə Qasım İsmayılov rayonunun Xanqərvənd kəndində anadan olub. 1984-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Əmtəəşünaslıq” fakultəsini bitirib. Əmək fəaliyyətinə 1979-cu ildə Yevlax rayonu Birləşdirilmiş Qaz Birliyində çilingər olaraq başlayıb, 1984-1985-ci illərdə Qubadlı rayonu İstehlak Cəmiyyətində Sədr Müavini vəzifəsində, hərbi xidmətdən qayıtdıqdan sonra isə 1987-1991-ci illərdə Abşeron rayonu Təsərrüfat hesablı Univermaqda əmtəəşünas vəzifəsində, 1991-1992-ci illərdə Xızı rayonu İstehlak Cəmiyyətinin ticarət şöbəsinin müdiri vəzifəsində, 1992-2001-ci illərdə “Azər” təsərrüfat hesablı müəssisənin direktoru vəzifəsində çalışıb. 2001-2003-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin böyük referenti vəzifəsində, 2003-2012-ci illərdə Vergilər Nazirliyinin 11 saylı və 14 saylı Ərazi Vergi İdarələrində, Bakı şəhəri Vergilər Departamentində, Vergilər Nazirliyi yanında Xüsusi rejimli Vergi Xidməti Departamentində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi münasibətilə “Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilib. 26 aprel 2012-ci il tarixdən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısıdır. Ailəlidir, 2 övladı var.  2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 
 İbrahimov Eldar Rza oğlu - 1945-ci il martın 12-də Azərbaycan Republikası Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində anadan olub. 1970-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. 1980-1982-ci illərdə Naxçıvan vilayət partiya komitəsində təlimatçı, 1982-1985-ci illərdə Naxçıvan MMSR K/T texnikası birliyinin sədri, 1985-1988-ci illərdə Naxçıvan MSSR Dövlət Aqrar Sənayə Komitəsinin sədr müavini, 1988-1991-ci illərdə Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini, dövlət aqrar sənayə komitəsinin sədri, vilayət partiya komitəsinin büro üzvü olub. 1993-cü ildən Naxçıvan MR Baş nazirinin birinci müavini, Dövlət İqtisad və Plan komitəsinin sədri vəzifələrində işləyib. Naxçıvan MR Ali Sovetinin (1995) və Azərbaycan Respublikası Ali Sovetinin (1990), Azərbaycan Respublikası I, II, III, IV, V çağırış Milli Məclisinin deputatı seçilib. Milli Məclisdə Aqrar Siyasət Komitəsinin sədridir. Yeni Azərbaycan Partiyasında İdarə Heyətinin üzvüdür. 18 may 2017-ci il tarixdə YAP Binəqədi rayon Təşkilatının IX konfransında sədr müavini seçilib. Ailəlidir, 3 övladı var. 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Hüseynli Əli Məhəmməd oğlu - 1968-ci ildə Bakı şəhərində anadan olub. 1987-ci ildə Kalinin Dövlət Universitetinin, 1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib.1991-1995-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsində, 1995-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, 1996-2000-ci illərdə isə Azərbaycan Respublikasının Milli Məclisində müxtəlif vəzifələrdə çalışıb.2000-ci il 5 noyabr və 2005-ci il 6 noyabr Parlament seçkilərində Milli Məclisə deputat seçilib. 2003-cü ildən hal-hazıra kimi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədridir. Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyəti rəhbərinin müavinidir. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının üzvü olub. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvüdür. 18 may 2017-ci il tarixdə YAP Binəqədi rayon Təşkilatının IX konfransında sədr müavini seçilib. Ailəlidir, 2 övladı var. 1999-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.


 Göyüşov Ramiz Cahandar oğlu - 1 sentyabr 1954-cü ildə anadan olub. 1975-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) bitirib. Uzun illər icra strukturlarında məsul və rəhbər vəzifələrdə çalışıb, 1990-1991-ci illərdə Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin sədr müavini, 1993-1996-cı illərdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini, 1996-2005-ci illərdə icra başçısının birinci müavini vəzifələrində çalışıb. 2005-ci ildən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında şöbə müdiri vəzifəsində işləyir. Dövlət qulluğu müşaviridir. 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. 11 iyul 2013-cü il tarixdə YAP Binəqədi rayon Təşkilatının  XIII konfransında sədr və 18 may 2017-ci il tarixdə YAP Binəqədi rayon Təşkilatının IX konfransında sədr seçilib. 1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 

 Qafarov Kamaləddin Nəsrəddin oğlu - 7 sentyabr 1976-cı ildə Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” fakültəsini bitirib. Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktorunun müavinidir. 2015-ci ildə 9 saylı Binəqədi ikinci seçki dairə komissiyasından V çağırış Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilmişdir. Milli Məclis Səhiyyə Komitəsinin üzvüdür. Ailəlidir, 4 övladı var. 2015-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.


 Abdulkərimov Arzuman Səid oğlu -  9 may 1972-ci ildə Qazax rayonunda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. “Hilal Group” MMC-nin prezidenti, “Avey” idman klubunun rəhbəri, Azərbaycan Kikboksinq Federasiyasının vitse prezidentidir. Ailəlidir, 2 övladı var. 2010-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 

 Ağayev Yusif Qiyas oğlu - 1 iyul 1957-ci il tarixdə İmişli rayonunda anadan olub. 1975-ci ildə İmişli rayon 4 saylı orta məktəbi, 1982-ci ildə Bakı Neft və Kimya Texnikumunu bitirib. 1982-84-cü illərdə İmişli rayon Muradxanlı neft və qaz çıxartma idarəsində, 1984-86-ci illərdə Azərbaycan Dəmir Yolu Naxçıvan şöbəsinin maddi-texniki təchizat bazasının İmişli filialında, 1986-1991-ci illərdə isə İmişli rayon 1 saylı çörək zavodunda anbardar vəzifələrində çalışıb. 1991-93-cü illər ərzində Bakı maşın-mexanizm təmiri zavodunda rəis müavini vəzifəsində işləyib. 1993-cü ildən etibarən sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Ailəlidir, üç övladı var. 2015-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Abbasəliyev Ziyad Məhəmmədəli oğlu - 1 yanvar 1950-ci ildə Ermənistan SSR-in Krasnoselsk rayonunda anadan olub. Azərbaycan Politexnik İnstitutunda oxuyub. N.Şvernik adına Moskva Ali Həmkarlar İttifaqı Hərəkatı Məktəbinin iqtisadiyyat fakültəsini, Mafksizm-Lenizim Universitetinin Sosiologiya fakültəsini bitirib. 1993-2015-ci illərdə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində mühəndis, iqtisadçı, baş iqtisadçı, şöbə müdirinin müavini vəzifələrində, 1984-1996-cı illərdə Kadrlar idarəsinin rəisi, 1996-2005- ci illərdə əhalinin siyahıyaalınması idarəsinin rəisi, 2005-2015-ci illərdə Aparatın rəhbəri vəzifəsində işləyib. 2016-cı ildən hal-hazıradək Bakı Slavyan Universitetində şöbə müdiri vəzifəsində işləyir. Ailəlidir, 3 övladı var. 1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Abbasov Yəhya Müseyib oğlu - 20 may 1959-cu ildə Ermənistan Respublikası Vardenis (Basarkeçər) rayonunun Kəsəmən kəndində anadan olub. 1975-ci ildə Gəncə Dövlət Pedaqoji Universitetinə daxil olub, 1980-ci ildə Universitetin fizika-riyaziyyat fakültəsini bitirib. Pedaqoji fəaliyyətə Goranboy rayonunun Qaradağlı kənd orta məktəbində müəllim kimi başlayıb. 1 sentyabr 1987-ci il tarixdən 1998-ci ilin yanvar ayınadək Xoylu kənd orta məktəbin direktoru vəzifəsində, 12 yanvar 1998-ci il tarixdən Binəqədi rayon Təhsil Şöbəsində inspektor vəzifəsində, 23 dekabr 1999-cu il tarixdən hal-hazıradək Binəqədi rayonu, Ə.Ələskərov adına 244 saylı məktəbin direktoru vəzifəsində işləyir. Fəlsəfə elmləri üzrə Fəlsəfə doktoru alimlik dərəcəsi alıb. Təhsil sahəsində xidmətlərinə görə 2010-cu ildə Təhsil Nazirliyinin Kollegiyasının qərarı “Qabaqcıl təhsil işçisi” adına layiq görülüb, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi medalı” ilə təltif olunub. Müharibədə iştirakına görə 2016-cı ilin fevral ayında “Fədai”, 14 noyabr 2016-cı il tarixdə isə “Vətən naminə” medalları ilə təltif edilib. Üç kitabın və müxtəlif vaxtlarda yerli və xarici mətbuatda çap olunmuş 28 elmi məqalənin müəllifidir. 1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Axundov İsfəndiyar Məhəmməd oğlu - 25 iyul 1951-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Siyaqut kəndində anadan olub. 1969-cu ildə orta məktəbi bitirib. 1977-ci ildə Naxçıvan Politexnik Texnikomunun Sənaye və Mülki Tikinti fakultəsinə daxil olub. Elə həmin illərdə tikintidə master və iş icraçısı olaraq çalışmağa başlayıb.1988-ci ildən başlayaraq, sahibkar kimi fəaliyyətə başlayıb və hal-hazırda da “Şərur” Mənzil Tikinti Kooperativinin sədri olaraq fəaliyyətimi davam etdirir.Ailəlidir, 5 övladı var. 2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Alıyev Yusif  İmrayıl oğlu - 7 aprel 1979-cu ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində ziyalı ailəsində anadan olub. Bakı Dövlət Universitenin bakalavr və magistr pillələrini fərqlənmə diplomu ilə bitirib. Ehtiyatda olan baş leytenantdır. Dosentdir. 2008-ci ildə AMEA və Azərbaycan Elm Fondunun “ Akademik Həsən Abdullayev adına Diplom və bir çox beynəlxalq səviyyəli layihərin mükafatlarına layiq görülüb, eləcə də Səməd Vurğun mükafatı laureatıdır. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktorudur. Ailəlidir, iki övladı var. 2008-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Babayeva Səkinə Rəşid qızı - 15 oktyabr 1964-cü ildə anadan olub. 1987-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili ixtisasını bitirib. “Bakı Tekstil Fabriki” MMC-nin təsisçisi, fabrikin direktoru vəzifəsində çalışır.2010-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Bayramov Qüdsi Həsən oğlu - 1 noyabr 1981-ci ildə Ermənistan Respublikası, Krasnoselo rayonunun Toxluca kəndində anadan olub. 1998-2003-cü illərdə Azərbaycan Beynəlxalq Universitetinin Stomatologiya fakültəsinə Universitetində, 2003-2004-cü illərdə Azərbaycan Dövlət Tibb Universitetində həkim-stomatoloq ixtisası üzrə İnternaturanı fərqlənmə diplomu ilə bitirib. 2004-cü ildə Azərbaycan Beynəlxalq Universitetində stomatologiya fakültəsinin profilaktik-təbabət kafedrasına müəllim, noyabr ayında  fakültənin dekan müavini vəzifəsinə təyin olunub. 2006-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın dövlət tənzimlənməsi fakültəsinə ikinci ixtisas üzrə bitirib. 1 avqust 2008-ci il tarixdən 30 iyun 2017-ci il tarixədək Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində işləyib. Hal-hazırda Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsində işləyir. I dərəcə dövlət qulluqçusudur. 2005-ci ildə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ikinci, 2011-ci ildə üçüncü qurultayında şura və idarə heyətinin üzvü və Binəqədi rayon Gənclər Birliyinin sədri seçilib. 2011-2017-ci illərdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının idarə heyətinin üzvü, Yeni Azərbaycan Partiyasının dörd və beşinci qurultaylarına nümayəndə olaraq seçilib. 2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Budaqova Rəfiqə Maqsud qızı - 19 iyul 1946-cı ildə anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakultəsini bitirib. 2006-cı ildə Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” adına layiq görülüb.1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Butayev Hikmət Seyfulla oğlu - 18 iyul 1949-cu ildə Qusar rayonunun Böyük Muruq kəndində anadan olub.1969-1974-cü illərdə indiki Azərbaycan Neft Akademiyasında ali təhsil alıb. 1981-ci ildə Daxili İşlər Nazirliyinə işə qəbul olunub. 1994-cü ildə təqaüdə çıxıb.  1997-ci ildə “HB Co LTD” MMC-ni təsis edib və hal-hazırda bu Cəmiyyətin Baş Direktorudur. Ailəlidir, 3 övladı var. 2010-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Cabbarlı Sitarə Fərman qızı -  4 oktyabr 1990-cı ildə anadan olub. 2012-ci ildə Bakı Dövlət Universitetinin “Ekologiya və torpaqşünaslıq” fakültəsinin bakalavr pilləsini, 2014-cü ildə həmin fakültənin “Torpaqların ekoloji monitorinqi və qorunması” ixtisası üzrə magistr pilləsini bitirib. 2015-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” fakültəsinin “Dövlət və Bələdiyyə İdarəetməsi” ixtisası üzrə  ikinci təhsil alır. Binəqədi rayonu Binəqədi bələdiyyəsinin sədri vəzifəsində çalışır. 2009-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Cahanov İsa Məmmədhəsən oğlu - 30 sentyabr 1950-ci ildə anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib. 1979-1982-ci illərdə Naxçıvan MR Ordubad rayonu Vənənd kənd xəstəxanasında həkim-terapevt, 1983-1989-cu illərdə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Yardım Stansiyasında həkim-kardioloq, 1990-1992-ci illərdə 15 saylı Şəhər Poliklinikasında sahə həkimi, 1992-ci ildən Ə.D.Məlikov adına Bakı Şəhər Xəstəxanasının poliklinika şöbəsinin baş həkimidir. Ailəlidir. 3 övladı var. 1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 

 Cəbrayılov Əhmədağa Məmmədmehdi oğlu - 1941-ci ildə Dəvəçi rayonunun Aygünlü kəndində anadan olub. 1964-cü ildə Bakı Politexnik Texnikumuna daxil olub. 2006-cı ilə qədər Avtokolonnada müxtəlif vəzifələrdə işləyib. Hal-hazırda təqaüddədir. Ailəlidir, 4 övladı var. 1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Cəfərova Bənövşə Əkbər qızı - 1 avqust 1950-ci ildə anadan olub. 1972-ci ildə Gəncə Dövlət Pedoqoji Universitetini bitirib. Binəqədi rayonu E.Sultanov adına 217 saylı orta məktəbin direktorudur. 2007-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Dadaşov Elman Mirzəağa oğlu - 11 noyabr 1965-ci ildə anadan olub. N.Voznesenski adın Lelinqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialının mühasibat uçot fakültəsini bitirib. Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində işləyir. 2015-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Daşdəmirov Rasim Bayram oğlu - 20 fevral 1946-cı ildə Gəncə şəhərində anadan olub. 1977-1980-ci illərdə Gəncə şəhər Partiya Komitəsində təlimatçı, 1980-1990-cı illərdə Gəncə şəhər Nizami Rayon Partiya Komitəsində katib, 1990-1991-ci illərdə Gəncə şəhər Kəpəz Rayon Partiya Komitəsində II katib, 1992-ci ildə Gəncə Şəhər İcra Hakimiyyətində məsləhətçi, 1993-1994-cü illərdə Ərazi idarəetmə orqanları ilə iş şöbəsində  müdir vəzifəsində işləyib. 1994-cü ilin noyabr ayından 2000-ci ilin iyul ayına kimi Gəncə Şəhər İcra Hakimiyyətinin  başçısı olub. 2000-2002-ci illərdə Respublika Kommunal Komitəsinin sədr müavini olub. 2008-ci ildən təqaüdçüdür. Ailəlidir, 4 övladı var. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Dəmirçiyeva Məhəbbət Dəyirman qızı - 10 noyabr 1957-ci ildə Qazax rayonunun Daşsalahlı kəndində anadan olub.1976-1981-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1996-cı ildə Tbilisi Dövlət Universitetində «Ailədə uşaqların tərbiyəsinin hüquqi və sosial problemləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. Hal-hazırda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq  kafedrasının müdiri vəzifəsində çalışır. Ailəlidir, 2 övladı var. 2008-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Əhmədov Qəzənfər Rövşən oğlu -  1983-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Respublikası Milli Aviasiya Akademiyası bitirib. 2002-2004-cü illərdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA)  Əməliyyatlar üzrə assistent, 2004-2011-ci illərdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Alqı-satqı üzrə mütəxəssis, 2011-2014-cü illərdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Alqı-satqı üzrə baş mütəxəssis, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Direktor müavini,  2014-2015-ci illərdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Direktor səlahiyyətlərini icra edən, 2015-ci ildən indiyədək Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Direktor  vəzifəsində işləyir. 2017-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Əhmədov Puşkin Kamaləddin oğlu - 16 iyun 1956-cı ildə Qazax rayonunun Oraq-çəkic kəndində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. “İRON” MMC-nin direktorudur. Ailəlidir, 2 övladı var. 2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Əkbərova Hökümə Qoşunalı qızı - 1960-cı ildə Gədəbəy rayonunda anadan olub. 1994-cü ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olub. 2009-cu ildən Əmək və Sosial Münasibətlər Akademiyasında  müəllim və baş mühasib vəzifəsində çalışır. 2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Əliyev Çingiz Sabir oğlu -  3 iyul 1964-cü ildə anadan olub. 1987-ci ildə 70 saylı texniki peşə məktəbini və 1993-cü ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının mexanika fakultəsini bitirib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin rəis vəzifəsini icra edir. 2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Əliyev Mürsəl İldırım oğlu -  31 dekabr 1959-cu ildə Azərbaycan Respublikası Dağlıq Qarabağ Muxtar Vilayətinin Ağdərə rayonunun Sırxavənd kəndində anadan olub. I dərəcəli dövlət qulluqçusudur. 2013-cü ildən ETSN-nin Mineral Xammal Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışır. Ailəlidir, 3 övladı var. 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Əliyeva Aygün  Nazif qızı - 29 iyul 1988-ci ildə Rusiya Federasiyasının Tümen vilayətinin Koqalım şəhərində anadan olub. 2006-2010-cu ildə Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin bakalavr, 2010-2012-ci illərdə həmin universitetin eyni ixtisası üzrə magistr pilləsində təhsil alıb. 2012-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində distant təhsil alır. Əmək fəaliyyətinə 2010-cu ildə Azərbaycan Dillər Universitetində başlayıb, 2012-ci ildən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin layihələr üzrə koordinator vəzifəsində, 2013-cü ilin dekabr ayının 4-dək Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında baş təlimatçı vəzifəsində çalışıb, 4 dekabr 2013-cü ildən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ideoloji məsələlər üzrə sədr müavinidir. Ailəlidir, iki övladı var. 2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Əliyeva Aytac Pərviz qızı - 17 fevral 1985-ci ildə anadan olub. 2007-ci ildə Qərb Universitetinin Siyasi Elmlər fakültəsinin Politologiya ixtisasını və 2011-ci ildə Bakı Dövlət Universitetinin Psixologiya və sosiologiya fakültəsinin bitirib. Binəqədi qəsəbə bələdiyyəsinin sədri vəzifəsində çalışır. 2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Əsgərov Hüseyn Abbas oğlu - 1958-ci ildə Naxçıvanda anadan olub. Azərbaycan Dövlət Universitetini  Filoloq ixtisası üzrə bitirib. 1981-1984-cü illərdə Azərbaycan Respublikasının Sabirabad rayonunda Azərbaycan dili və ədəbiyyatı müəllimi, 1984-1997-ci illərdə Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunda elmi işçi  vəzifəsində çalışıb. 1997-ci ildən bu günə kimi Bakı Dövlət Universitetinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasında müəllim, baş müəllim, dosent, professor kimi fəaliyyət göstərir.2003-2006-cı illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Binəqədi Rayon Təhsil Şöbəsinin müdiri kimi çalışıb. 3 avqust 2006-cı il tarixdən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini vəzifəsinə təyin olunub. 18 may 2017-ci il tarixdə YAP Binəqədi rayon Təşkilatının IX konfransında sədr müavini seçilib. 1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Fərzəliyev Əliyar Əmrah oğlu - 1962-ci ildə anadan olub. Sənaye Cihazqayırma Elmi-İstehsalat Müəssisəsinin  direktor müavinidir. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Hacıyev Fədai Tofiq oğlu - 26 oktyabr 1959-cu ildə Ermənistan Respublikası, Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. 1977-1983-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin Sanitariya gigiyena fakültəsində təhsilini bitirdikdən sonra 1987-ci ilədək təyinatla Əli-Bayramlı şəhər MRX-da çalışıb. 1987-ci ildən 1997-ci ilədək M.Qasımov adına RKX-da Reanimasiya və İntensiv Terapiya Şöbəsinin ekspress-laboratoriyasında həkim-laborant vəzifəsində, Abşeron rayon Gigiyena və Epidemiologiya Mərkəzində direktor vəzifəsində, 1997-ci ildən 2000-ci ilədək Səbayıl rayon Gigiyena və Epidemiologiya Mərkəzində direktor vəzifəsində, 2000-2003-cü ilədək Nəsimi rayonunda direktor vəzifəsində çalışıb. 2003-cü ildən Binəqədi Rayon Gigiyena və Epidemiologiya Mərkəzində direktor işləyir. Ailəlidir, 2 övladı var. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Hacıyev Fərhad Bəyalı oğlu - 16 sentyabr 1995-ci ildə Bakı şəhərində anadan olub. 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Univeritetinə qəbul olub. Hal-hazırda təhsilini davam etdirir. 2016-cı ilin dekabr ayından “Bakı Atıcılıq Kompleksi” Ərazi İlk Partiya Təşkilatının sədridir. 2016-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Hacıyeva Almaz Nəsir qızı - 1 avqust 1943-cü ildə anadan olub. 1966-cı ildə M.F.Axundov adına Azərbaycan Pedoqoji Rus dili və Ədəbiyyatı İnstitunu bitirib. 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar  müəllim” adına layiq görülüb. Binəqədi rayonu Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin sədridir. 1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Həsənzadə İsaq Kərəm oğlu - 1 fevral 1958- ci ildə Gədəbəy rayonu, Sovetobad kəndində anadan olub. 1977-1982-ci illərdə Azərbaycan Mühəndis İnşaatçılar İnstitutunda təhsil alıb. 1982-ci ildə təyinatla indiki Heydər Əliyev adına Dərin Özüllər zavodunda mühəndis, mühəndis konstruktor, 1985-ci ildə Evtikmə kombinatında mühəndis, mühəndis kontruktor, şöbə müdiri, sex rəisi, böyük mühəndis, 8 saylı Dəmir beton zavodunda idarə heyətinin sədri vəzifəsində çalışıb,  2005-ci ildən “Rio” firmasında direktor vəzifəsində işləyir. Ailəlidir, 4 övladı var. 2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Həşimova Gülnarə İbrahim qızı -  21 iyun 1946-ci il Bakı şəhərində anadan olub. 1968-ci  ildə V.İ Lenin  adına  Azərbaycan  Dövlət Pedaqoji İnstitutun fizika-riyaziyyat fakültəsini, 1989-cu ildə Moskvada Mərkəzi Rəhbər  İşçilərin və Mütəxəssislərin  İxtisasartırma İnstitunun hüquq  fakültəsini, 1999-cu  ildə  Britiş  Kansil  Təşkilatının nəzdində menecer  ixtisası üzrə kursu bitirib. 1969-cu  ildən 1973-cü ilə qədər laborant, baş laborant və kiçik elmi işçi vəzifələrində çalışıb. 1974-cü ildən 1975-ci  ilə qədər Ümumittifaq  təhlükəsizlik  texnikası  institutunda mühəndis vəzifəsində işləyib.1975-ci ildən 1998-ci ilə qədər Kosmik tədqiqatlar  institutunda baş elmi  işçi vəzifəsində çalışıb. 1998-ci ildən hal-hazıra kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyində  işləyir. 1995-ci ildən “Yeni Azərbaycan” partiyasının üzvüdür. 1999-cu ildən hal-hazıra kimi YAP Binəqədi rayon təşkilatının idarə heyətin və siyasi  şuranın üzvüdür. Ailəlidir, 2 övladı var. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Hümbətov Məhəbbət Şəmşəd oğlu - 11 fevral 1967-ci ildə Azərbaycvan Respublikasının Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində anadan olub. 1983-1990-cı illərdə  Ç.İldırım adına Azərbaycan  Politexnik  İnstitutunun  Mexanika fakultəsində təhsil alıb. 31 oktyabr 2006-cı ildən etibarən Müdafiə Sənayesi Nazirliyi,”Cihaz”İstehsalat Birliyinin “Sənayecihaz” EİM-nin direktor müavini vəzifəsində işləyir. Ailəlidir, 4 övladı var. 2013-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Hüseynov Elçin Məmməd oğlu - 13 fevral 1968-cı ildə Naxçıvan MR Ordubad şəhərində anadan olub. 1993-cü ildə Azərbaycan Tibb Universitetini Topçubaşov adına təqaüdlə bitirib və təhsildə əldə etdiyi böyük uğurlara görə Universitetdə saxlanılıb. 1993-1994–cü illərdə Azərbaycan Tibb Universitetini İnfeksion xəstəliklər kafedrasında baş laborant kimi çalışıb, 1994-cü ildə assistent vəzifəsinə keçirilib, 2016-cı ildən isə dosent kimi fəaliyyət göstərir. 1999-2008-ci illərdə Azərbaycan Respublikası Əlilləri Bərpa Mərkəzinin baş həkimi işləmişdir. 2010-2013-cü illərdə yeni yaradılmış Şamaxı Diaqnostika Mərkəzinin baş həkimi kimi mərkəzin qurulmasında mühüm uğurları olub. 2013-ci ildən Bakı şəhəri 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 2004-cü ildə Kiyev şəhərində A.A.Boqomolsa adına Milli Tibb Universitetində “Azərbaycan Respublikasında müasir malyariyanın diaqnostikası, müalicəsi və profilaktikası” mövzusunda dissertasiya işini müdafiə edib, tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Hüseynov Hümbət Rəhim oğlu - 3 dekabr 1963-cü ildə anadan olub. Azərbaycan Texniki Universitetinin mexanika fakültəsini və Moskva Dövlət Sosial Universitetinin hüquq fakültəsini bitirib. M.Ə.Rəsulzadə bələdiyyəsinin sədridir. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Hüseynova Xuraman Fazil qızı -  15 sentyabr 1952-ci ildə Bakı şəhərində anadan olub. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstutunu həkim cərrah ixtisası üzrə bitirib. 2012-ci ildən Binəqədi rayonu 20 nömrəli uşaq poliklikinasında baş həkim vəzifəsində işləyir. Ailəlidir, 2 övladı var. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.     

 Xəlilova Xatirə Səyyaf qızı - 16 iyul 1962-ci ildə Göyçay rayonunun Bığır kəndində anadan olub. 1979-1985-cu illərdə N.Nərimanov adına  DTU-na müalicə-profilaktika fakültəsində təhsil alıb. 1986-cı ildən 2012-ci ilə qədər Məlikov adına 6 nömrəli BŞX-nın poliklinika şöbəsində kardioloq,  2012-ci il tarixdən 25 nömrəli şəhər poliklinikasında Baş həkim vəzifəsində çalışır. YAP Qadınlar şurasının üzvüdür. 2016-cı ildə “Səhiyyə əlaçısı”nişanı ilə Səhiyyə naziri tərəfindən təltif olunub. 2017-ci ilin may ayında YAP Şura üzvlüyünə seçilmişdir. Ailəlidir, 1 övladı var. 1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 İbrahimova Gülbahar Nemət qızı - 20 sentyabr 1953-cü ildə anadan olub. 1980-ci ildə Naxçıvan Dövlət Pedoqoji İnstitutunu bitirib. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb. 2015-ci ildən təqaüddədir. 2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 İbrahimova Məlahət İsmayıl qızı - 6 noyabr 1958-ci ildə Qazax rayonun Böyük-kəsik kəndində anadan olub. 1976-1982-ci  illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universtetinin Pediatriya fakültəsinə təhsil alıb. 1993-cü ildən hal-hazıradək  11 saylı uşaq poliklinikasında baş həkim vəzifəsində işləyir. Ailəlidir, 1 övladı var. 1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 İmanov Elnur Elxan oğlu - 1 avqust 1974-cü ildə anadan olub. 1995-ci ildə Azərbaycan Universitetini bitirib.  Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiridir. 2012-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 İsmayılov Fərhad Allahverdi oğlu - 13 fevral 1953-cü ildə Qərbi Azərbaycanda, Basarkeçər rayonunun Qanlı kəndində ziyalı ailəsində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. Basarkeçər rayonunun müxtəlif kəndlərində müəllim, dərs müdiri, məktəb direktoru vəzifələrində, Bakı şəhərində 88 saylı orta məktəbdə müəllim işləyib. Hal-hazırda Xırdalan şəhərində Xırdalan-Xəz fabrikində nəzarətçi işləyir. Ailəlidir, 4 övladı var. 2011-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
 İsmayılov Vüsar  Qəşəm oğlu - 6 aprel 1973-cü ildə Şərur rayonunun Çərçiboğan kəndində anadan olub. 2002-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakultəsini, 2006-cı ildə AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakultəsini bitirib. 1990-1993-cü illərdə Şərur rayonu 16 saylı mexanikləşdirilmiş səyyar dəstədə II dərəcəli fəhlə kimi əmək fəaliyyətinə başlayıb. 1994-1997-ci illərdə YAP Şərur rayon təşkilatının “İnam yolu” qəzetində şöbə müdiri, 1997-2000-ci illərdə Təsərrüfat hesablı təmir-tikinti idarəsində hüquq məsləhətçisi, 2000-2001-ci illərdə 3 saylı mənzil tikinti trestinin 18 saylı təmir tikinti idarəsində hüquq məsləhətçisi, Nərimanov rayon ƏƏSMM-də pensiya üzrə müfəttiş, 2001-2008-ci illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Aparatında İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri vəzifələrində işləyib. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 26 may 2008-ci il tarixli 22 nömrəli Əmri ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib. Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsini alıb. 18 may 2017-ci il tarixdə YAP Binəqədi rayon Təşkilatının IX konfransında sədr müavini seçilib.

 İsmayılzadə Füzuli Ağaqulu oğlu - 26 dekabr 1941-ci ildə anadan olub. 1974-cü ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunun (indiki Slavyan Universiteti) rus dili fakültəsini bitirib. 1977-2009-cu illərdə Binəqədi rayonunda məktəb direktoru vəzifəsində işləyib.  2011-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Təqaüdçüdür. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 

 Quliyeva Sona Rafiq qızı - 15 may 1995-ci ildə Bakı şəhərində anadan olub. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər ixtisasını bitirib. 8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyası katibliyinin baş məsləhətçisidir. 2014-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Mahmudov Nəbi Məcid oğlu - 31 yanvar 1955-ci ildə anadan olub. 1976-cı ildə Gəncə Dövlət Universitetini bitirib. 1976-1982-ci illərdə Ağsu rayonunda müəllim işləyib. 1983-1994-cü illərdə  AMEA Riyaziyyat mexanika institutunda böyük elmi işçi işləyib. Riyaziyyat üzrə fəlsəfə doktorudur. 1994-2002-ci illərdə Ə.Hüseynov adın 83 saylı məktəbdə direktor, 2002-2004-cü illərdə Azərbaycan Pedoqoji Universitetində dosent, 1999-cu ildə Lütfizadə adına  Beynəlxalq Müasir Akademiyanın müxbir üzvü, 2004-2014-cü illərdə Təhsi Nazirliyində Monitoriq və qiymətləndirmə şöbəsində baş məsləhətçi, 2014-cü ildən Ə.Hüseynov adın 83 saylı məktəb-liseyin direktorudur. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Məmmədov Məmməd Əhməd oğlu - 5 may 1941-ci ildə Tovuz rayonunda anadan olub. 1960-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin Maliyyə-Kredit fakültəsində təhsil alıb. 1966-cı ilin fevral ayından 1985-ci ilin aprel ayınadək Bakı şəhəri Əmanət Bankının rəisi vəzifəsində işləyib. 1985-ci ilin aprel ayından 13 yanvar 1993-cü ilədək Azərbaycan Respublikası Əmanət Bankının Prezidenti vəzifəsində işləyib. 13 yanvar 1993-cü ildən Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin İdarə Heyətinin Sədri vəzifəsində işləyir. Ailəlidir, 3 övladı var. 1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 
Məmmədov Mübariz Hidayət oğlu - 22 mart 1962-ci ildə anadan olub. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsidir. 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Mirzəyev Müşfiq Həsən oğlu - 1 sentyabr 1964-cü ildə Bakı şəhərində anadan olub. 1981-1987-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. 1988-1993-cü illərdə Şəhər Dəri Zöhrəvi Dispanserində əvvəl həkim ordinator, 1991- ci ildə ixtisaslaşma kurslarını bitirdikdən sonra Fizioterapiya şöbəsinin müdiri,1993-1999-cu illərdə Olimpiya Növləri üzrə Milli komandalar üçün Təlim Məşq Mərkəzində Tibb məntəqəsinin müdiri, 2007-2011 ci illərdə həmin müəssisədə həkim vəzifəsində çalışıb. 1999-cu ilin sentyabrında 2007-ci ilin sentyabrına qədər 3 saylı Bakı Şəhər Uşaq-Dəri Zöhrəvi Dispanserinin baş həkimi, 2011-2012 ci illər ərzində əvvəl “Baku Medical Plaza” sonra isə “İnternational Medical Centre” özəl tibb mərkəzlərinin baş həkimi və direktoru vəzifələrində, 2013-2015-ci illər ərzində “İnternational Medical Centre 2” və “AMT-Klinika” özəl tibb mərkəzlərində baş həkimin müavini işləyib. 14 fevral 2015-ci il tarixdən 10 fevral 2017-ci il tarixə kimi “Azərbaycan Dəmir Yolları” QSC HSX Mərkəzi Dəmir Yolu Xəstəxanasında Baş həkimin müavini vəzifəsinə təyin olunub. Hal-hazırda “Azərbaycan Dəmir Yolları” QSC HSX Mərkəzi Dəmir Yolu Xəstəxanasında Baş həkim vəzifəsində çalışır. Ailəlidir, 3 övladı var. 1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Musayev Ağabala Nəriman
oğlu - 15 aprel 1959-cu ildə anadan olub. 1988-ci ildə Dəmirçi Kənd Təsərrüfatı Texnikomunun aqranom fakültəsini bitirib. Binəqədi Neft Şirkətində operator vəzifəsində çalışır. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

  Namazov İsgəndər Məmməd oğlu - 7 dekabr 1953-cü ildə Ermənistanın Vardenis rayonu, Babacan kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Sahibkardır. Ailəlidir, 2 övladı var.  2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Nəbiyev Akif Musa oğlu - 13 noyabr 1950-ci ildə  Ermənistanın Basarkeçər rayonunda anadan olub. Azərbaycan Texniki Universitetini bitirib. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Tərəqqi’’medalı ilə təltif olunub. 1997-ci ildən hal-hazıra kimi özəl sektorda İTTŞ və İTM-İstehsalat Tikinti Mexanizasiya Şirkəti MMC-də baş direktoru kimi fəaliyyət göstərir. Ailəlidir, 4 övladı var. 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Nəzərov Nadir Kazım
oğlu - 17 avqust 1947-ci ildə Lənkəran şəhərində anadan olub. 1964-1967-ci illərdə Bakı Yeyinti Sənayə Texnikumu-texnik mexanik fakültəsində, 1967-1976-cı illərdə Ümumittifaq Qiyabi Yeyinti Sənayə İnstitutunun Mühəndis texnoloq fakültəsində təhsil alıb. 1 noyabr  2006-cı ildən indiyə kimi “Mars Overseas Baku Ltd” Baş menecerin müavinidir. Ailəlidir. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.    

 Novruzov Nizami Fərman oğlu - 27 may 1961-ci ildə anadan olub. 1978-1982-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. 2008-ci ildə 8 saylı Binəqədi birinci seçki dairəsinin sədri işləyib. Binəqədi rayonu, Qamət Abbasov adına 284 saylı tam orta məktəbin direktorudur. 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Orucova Adilə Murad qızı - 1 yanvar 1950-ci ildə anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. 1972 ci ildən 77 cilə qədər 246 saylı məktəbdə müəllim,1977-80 ci ilə qədər director müavini işləyib Binəqədi rayonu 267 nömrəli məktəb liseyin direktorudur.2004 cü ildə ilin ən yaxşı direktoru  naminasiyası adını alıb.2005 ci ldə Əməkdar müəllim adını alıb. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Piriyev İftixar Fərhat oğlu - 7 sentyabr 1960-cı ildə Gürcüstan Respublikasının Saqareco rayonu, Düzəryəm kəndində anadan olub.  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktorudur.  Ailəlidir, 5 övladı var. 2009-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Rüstəmova Narınc Məsud qızı - 14 yanvar 1991-ci ildə Salyanda anadan olub. N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Psixologiya və Pedaqogika fakültəsinin məzunudur. Türkiyənin Üsküdar Universitetində klinik psixologiya ixtisası üzrə magistr dərəcəsi almışdır. Türkiyənin Üsküdar Universitetində klinik psixologiya ixtisası üzrə magistr dərəcəsi almışdır. Profesional Psixoterapevtlər Liqasının Azərbaycan Təmsilçiliyinin  həqiqi üzvüdür. Narınc Psixologiya Qəzetinin baş redaktorudur. "Narınc" Uşaq Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloqudur.  Ailəlidir, 2 övladı var. 2016-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Sultanova Aytən İxtiyar qızı - 20 iyul 1979-cu ildə Bakı şəhərində anadan olub. 1996-2002-ci illərdə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsində təhsil alıb. 2003-cü ildə Akademik Zərifə Əliyeva adına Elmi-Tədqiqat Göz xəstəlikləri İnstitutunda həkim-oftalmoloq vəzifəsinə təyin olunub. 2012-cı ildən “Eksimer-lazer” bölməsində böyük elmi işçi vəzifəsində çalışır. 2013-cü ildən “Konsultativ poliklinika” şöbəsinin müdiri vəzifəsində işləyir. 2014-cü ildən “Buynuz qişanın cərrahiyyəsi və transplantasiya” bölməsinin rəhbər vəzifəsini və Baş həkim vəzifəsində çalışır. Ailəlidir 2 övladı var. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Süleymanov İlqar Qəzənfər oğlu - 12 iyul 1970-ci ildə anadan olub. 1992-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. Dövlət qulluğu müşaviridir. Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavinidir. 2013-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Süleymanov Tofiq İbrahim oğlu - 16 may 1955-ci ildə Ermənistan Respublikasının  Krasnoselsk  rayonunda  anadan olub. 1972-1977-ci ildə Bakı Dövlət Universitetinin mexanika - riyaziyyat fakültəsində təhsil alıb. 1980-1986-cı illərdə SSRİ EA-nın Kosmik Tədqiqatlar İnstitutuna və SSRİ Dövlət Hidrometeorologiya Komitəsinə uzunmüddətli ezamiyyətə göndərilib. MAKA-da fəaliyyət dövründə kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, şöbə rəisi vəzifələrində çalışıb, 1994-cü ildən MAKA-nın Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun elmi katibi, 1995-2004-cü illərdə  həmin İnstitutun elmi işlər üzrə direktor müavini olub. 2004-cü ildən indiki dövrə qədər MAKA-nın Baş direktorunun I müavinidir.

 Şiriyev Bəhram Qəzənfər oğlu - 6 yanvar 1956-cı ildə anadan olub. 1984-cü ildə M.F.Axundov adına Azərbaycan Pedoqoji Rus dili və Ədəbiyyatı İnstitutunu bitirib. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Əməkdar müəllim”  fəxri adına layiq görülüb. Binəqədi rayonu 276 saylı tam orta məktəbin direktorudur. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Tağıyeva Zinyət Vəli qızı - 1957-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Binəqədi rayonu 182 saylı orta məktəbin direktorudur.  1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Zeynalov Yolçu İdris oğlu - 25 dekabr 1949-cu ildə Yevlax rayonunun Səmədabad kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Politexnik  İnstitutunu, 1989-cu ildə Bakı Ali Partiya Məktəbini bitirib, hidrotexexnika mühəndisi və dövlət quruculuğu üzrə mütəxəssisdir. Dövlət qulluqçusu, kiçik müşavirdir. Kənd Təsərrüfatı Nazirliyi Aparatının Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdir müavini vəzifəsində işləyir. Ailəlidir, 3 övladı var. 1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Zeynalova Tünzalə Həsən qızı - 7 fevral 1969-cu ildə Tovuz rayonunda anadan olub. 1990-cı ildə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsini bitirib. 1990-cı ildən Bakı şəhəri, Nəsimi rayonu 144 saylı tam orta məktəbdə müəllim, daha sonra müəllimliklə yanaşı təşkilatçı və təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb, 3 sentyabr 2015-ci ildən Binəqədi rayonu, 283 saylı tam orta məktəbin direktoru vəzifəsində işləyir.1993-cü ildən etibarən MSK-nın üzvü, katibi və sədri vəzifələrində işləyib. 18 may 2017-ci il tarixdə YAP Binəqədi rayon Təşkilatının IX konfransında sədr müavini seçilib. Ailəlidir, 1 övladı var. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.













All rights reserved.