Baş təlimatçılar

 Əliyarlı Kubra Məhəmməd qızı 01 dekabr 1987-ci ildə anadan olub. 2010-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomla bitirib. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə ikinci ali təhsil alır. 2006-2010-cu illərdə “Səs” qəzetində müxbir vəzifəsində çalışıb. 2009-cu ilin dekabr ayında keçirilən III çağırış bələdiyyə, 2014-cü ilin dekabr ayında keçrilən IV çağırış bələdiyyə seçkilərində qalib gələrək Binəqədi Bələdiyyəsinə üzv seçilib. 2010-cu ilin iyun ayından 2015-ci ilin yanvar ayınadək Binəqədi Bələdiyyəsinin Yerli Ekologiya Məsələləri daimi Komissiyasının sədr müavini vəzifəsində çalışıb. 2015-ci ilin yanvar ayından Binəqədi Bələdiyyəsinin Mətbuat, informasiya və gənclərlə iş üzrə komissiyasının sədr müavinidir.

 2006-ci ilin mart ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. 2010-cu ilin oktyabr ayından 2015-ci ilin mart ayınadək Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini və İdarə Heyətinin üzvü olub. 2014-cü ilin may ayından təşkilatın Qadınlar Şurasının üzvüdür. 2015-ci ilin mart ayından təşkilatın Gənclər Birliyinin Şura üzvüdür.

 2013-cü ilin avqust ayından Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatında təlimatçı, 2015-ci ilin yanvar ayından baş təlimatçı vəzifəsində çalışır.
Bir kitabın müəllifidir.

 



Şükürov Rahil Səhrab oğlu 21 yanvar 1984 cü ildə anadan olub. 2012-ci ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının İqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsini bitirib. 2012-ci ilin oktyabr ayından 2015-ci ilin yanvar ayınadək Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyində mühasib vəzifəsində çalışıb.

2009-cu ilin yanvar ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. 2010-cu ilin oktyabr ayından 2015-ci ilin mart ayınadək Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini və İdarə Heyətinin üzvü olub. 2015-ci ilin mart ayından təşkilatın Gənclər Birliyinin İdarə Heyətinin üzvüdür.

2015- ci ilin yanvar ayından Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatında təlimatçı, həmin ilin iyul ayından baş təlimatçı vəzifəsində çalışır.







All rights reserved.