Təlimatçılar



Məmmədova Şəbnəm Alim qızı 20 sentyabr 1984-cü ildə anadan olub. 2006-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetin biologiya-gigiyena fakültəsini bakalavr səviyyəsində, 2008-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetin biologiyanın tədrisi metodologiyası və metodikası fakültəsini magistr səviyyəsində bitirib. 2008-ci ilin aprel ayından 2014-cü ilin sentyabr ayınadək Bakı şəhəri Gənclər və İdman Baş İdarəsində Gənclərlə iş sektorunda məsləhətçi vəzifəsində çalışıb.

2008-ci ilin iyul ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.
2014-cü ilin sentyabr ayından Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatında təlimatçı vəzifəsində çalışır.


Süleymanov Zamin Allahverdi oğlu 15 aprel 1985-ci ildə anadan olub. 2003-cü ildə Azərbaycan Kooperasiya Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və gömrük işinin təşkili fakültəsini bitirib.

2008-ci ilin oktyabr ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.

2012-ci ilin iyul ayından Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatında təlimatçı vəzifəsində çalışır.

 

İsmayılov Natiq Nazim oğlu 13 avqust 1990-cı ildə anadan olub. 2012-ci ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının iqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsini bitirib. 2014-cü ilin mart ayından 2015-ci ilin iyul ayınadək Binəqədi rayon İcra Hakimiyyətinin “1646” Sakinlərin Müraciəti Xidmətində məsləhətçi vəzifəsində çalışıb.

2009-cu ilin aprel ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. 2010-cu ilin oktyabr ayından Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin İdarə Heyətinin üzvüdür.

2015-ci ilin iyul ayından Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatında təlimatçı vəzifəsində çalışır.


Tağızadə Kənan Şahin oğlu 06 sentyabr  1991-ci ildə anadan olub. 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsini bakalavr səviyyəsində, 2015-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotunun idarə edilməsi fakültəsini magistr səviyyəsində bitirib.

2013-cü ilin avqust ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.

2013-cü ilin noyabr ayından Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatında mühasib-təlimatçı vəzifəsində çalışır.



Zeynalova Səbinə Sədi qızı 22 avqust 1975-ci ildə anadan olub. 1994-cü ildə Bakı Menecer-Biznes Kollecinin Menecer-hüquq fakültəsini bitirib. 1995-ci ilin may ayından 2003-cü ilin avqust ayınadək Bakı Dövlət Universitetinin hərbi kafedrasının anbar müdiri vəzifəsində çalışıb.

2008-ci ilin sentyabr ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. 2014-cü ilin may ayından Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Qadınlar Şurasının üzvüdür.

2009-cu ilin may ayından Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatında təlimatçı vəzifəsində çalışır.


All rights reserved.