“Annie” animasiya mükafatının namizədləri elan edilib

Tarix: 19.01.2023

50-ci “Annie” animasiya mükafatına iddialı olanların siyahısı açıqlanıb.

Kulturomania.ru saytına istinadla xəbər verir ki, qeyd olunanların sayına görə “Pinokkio Gilyermo del Toro”, “Marsel, ayaqqabıdakı balıqqulağı” filmləri lider olub.

“Ən yaxşı cizgi filmi” nominasiyasına “Mən qızarıram”, “Çəkməli pişik: Son arzu”, “Pis oğlanlar”, “Vendell və Vayld”, “Dəniz bədheybəti” animasiya filmləri daxildir. Mükafat uğrunda "Ən yaxşı müstəqil layihə" nominasiyasında isə "Marsel", "Əfsanənin doğulması", "Kiçik Nikolas" yarışacaq.

Münsiflər heyəti dublyajda ən yaxşı aktyor işi nominasiyası üzrə nominantları da seçib. Onların arasında Devid Bredli və Qreqori Mann ("Pinokkio"), Vaqner Moura ("Çəkməli pişik"), Cenni Sleyt ("Marsel") yer alıb.

Qeyd edək ki, “Annie” animasiya filmlərinin mükafatlandırma mərasimi fevralın 25-də keçiriləcək.