“Azeri Light” neftinin bir barreli 43,49 dollara satılır

Tarix: 18.11.2020


Azərbaycan neftinin qiyməti ucuzlaşır.

AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,02 dollar ucuzlaşaraq 43,49 dollar təşkil edib.

Qeyd edək ki, “qara qızıl”ın qiyməti qlobal miqyasda koronavirusa yoluxma hallarındakı artımın neft tələbatının bərpa prosesini ləngitdiyinə dair narahatlıqlar fonunda ucuzlaşır.