“Karabakh is Azerbaijan”: “Agdam Cup” turnirinin qalibləri müəyyənləşib

Tarix: 22.02.2021


“Karabakh is Azerbaijan” onlayn şahmat seriyasının 6-cı - "Agdam Cup" turnirinin qalibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Chess.az saytının təşkil etdiyi və “Azerfon” şirkətinin baş sponsoru olduğu seriya yarışının 6-cı mərhələsində ən yüksək nəticəni Elnur Mehtiyev qazanaraq birinci yeri tutub. Şəhriyar Rəhmanov və Muad Həşimov isə müvafiq olaraq, ikinci və üçüncü yerləri tutublar.

İsveçrə sistemi üzrə keçirilən turnirdə 80 şahmatçı iştirak edib. Yarışda vaxta nəzarət 3 dəqiqə, hər gedişə 2 saniyə olub.

Qeyd edək ki, indiyədək keçirilmiş 6 turnirdə ümumi hesabda Azərbaycan şahmatçısı Elnur Mehtiyev 30 xalla liderlik edir. Digər şahmatçımız Orxan Bağırov 20 xalla ikinci, Türkiyə təmsilçisi Kutay Sakmak 16 xalla üçüncü yerdədirlər.

Seriya ümumilikdə səkkiz turnir və böyük finaldan ibarətdir. Hər bir turnir işğaldan azad olunmuş şəhərlərimizin adını daşıyır.