"ASAN xidmət" modelinin digər ölkələrdə tətbiqi ilə bağlı sorğular çoxdur

Tarix: 16.03.2020

"ASAN xidmət" modelinin digər ölkələrdə tətbiqi ilə bağlı sorğular çoxdur, xüsusilə Mərkəzi Asiya ölkələrindən. Hazırda Tacikistan və Qırğızıstanla bunun üzərində işləyirik. Bütün detallar məlum olduqdan sonra yaxın vaxtlarda sazişlərin imzalanacağı gözlənilir.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Agentliyin sədrinin sözlərinə görə, hazırda 11 ölkədə "ASAN xidmət" modelinin tətbiqi ilə bağlı ciddi işlər aparılır. Həmin ölkələr Monteneqro, Mərakeş, Uqanda, Türkiyə, Özbəkistan, Əfqanıstan, İndoneziya və başqalarıdır. "ASAN xidmət"in işçi qrupu hər bir ölkə ilə bu istiqamətdə çalışır.


http://www.yap.org.az