"İnter" tarixində altıncı dəfə İtaliya Super kubokunun qalibi olub

Tarix: 13.01.2022


Yanvarın 12-də futbol üzrə İtaliya Super kubokunun qalibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, həlledici görüşdə "İnter" və "Yuventus" komandaları üz-üzə gəlib. “San-Siro” stadionunda keçirilən görüşdə "İnter" klubun 2:1 hesablı qələbə qazanıb.

"Nerradzurri"nin heyətində Lautaro Martines (35), Aleksis Sançes (120), "qoca sinyora"da isə Veston Makkenni (25) fərqləniblər.

Bu qələbə sayəsində "İnter" tarixində altıncı dəfə İtaliya Super kubokun qalibi olub.

Əvvəlcə Səudiyyə Ərəbistanında müqavilə əsasında planlaşdırılan görüş daha sonra kütləvi koronavirus yoluxması səbəbindən ləğv edilib. Oyun keçirilməsi uzun müddət qeyri-müəyyən qalmışdı. Nəhayət ötən həftə İtaliya Səhiyyə Nazirliyi bu oyunun baş tutmasına razılıq verib.