"Tariximiz milli sərvətimizdir” adli layihə başa çatıb

Tarix: 18.03.2020

Layihənin həyata keçirilməsinin məqsədi zəngin tarixi sərvətlərə malik ölkəmizdə gənclərin ölkəmizin tarixinin təbliğinə fəal yanaşması olub.

Azərbaycan Respublikasının Gənclər Fondunun XIII qrant müsabiqəsinin qalibi olan “Tariximiz milli sərvətimizdir” adlı layihənin rəhbəri Babayev Ramil İlqar oğlu tərəfindən layihənin 1-ci mərhələsi (Bakı mərhələsi) 15-16 fevral tarixlərində “Binəqədi Gənclər Evi”ndə, ikinci (Sumqayıt) mərhələsi 27-28 fevral tarixlərində “Sumqayıt Gənclər Evi”ndə, 29 fevral tarixində isə “Şirvanşahlar Sarayı Kompleksi”nə ekskursiya uğurla həyata keçirilmişdir. Sonda isə layihədə iştirak edən iştirakçılara sertifikatlar təqdim olunmuşdur.

Təlim zamanı “Tarixi abidə” anlayışı, Azərbaycanda mövcud olan mədəni abidələrinin tarixi haqqında gənclərin maariflənməsi, işğal altında olan torpaqlarımızdakı tarixi-mədəni abidələrimizin təbliği, ermənilərin mədəni-tarixi irsimizə qarşı təcavüzkar mövqeyinin qarşısının alınması ilə bağlı müzakirələr və iştirakçıların təkliflərinin dinlənilməsi baş tutmuşdur.

Layihənin həyata keçirilməsinin məqsədi zəngin tarixi sərvətlərə malik ölkəmizdə gənclərin ölkəmizin tarixinin təbliğinə fəal yanaşması və bu reallıqları dünyaya çatdırması üçün gənclərin maariflənməsinə, məlumatlandırılmasına, xüsusi ilə də işğal altında olan torpaqlarımızdakı tarixi irsimizin gənclər arasında geniş təbliği və onların bu sahədə biliklənmələrinə nail olmaqdan ibarət olub.