AFFA-nın prezidenti Qurban Qurbanovu yubileyi münasibətilə təbrik edib

Tarix: 13.04.2022

Aprelin 13-də “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovun 50 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) inzibati binasında qurumun prezidenti Rövnəq Abdullayev Q.Qurbanovla görüşüb.

AZƏRTAC xəbər verir ki, AFFA prezidenti təcrübəli mütəxəssisi yubileyi münasibətilə təbrik edib, ona cansağlığı, fəaliyyətində uğurlar və yeni-yeni qələbələr arzulayıb.

Q.Qurbanov göstərilən diqqətə görə minnətdarlığını bildirib.

AFFA-nın icraçı vitse-prezidenti E.Məmmədov və baş katib Sərxan Hacıyevin iştirak etdiyi görüşdən sonra xatirə şəkli çəkdirilib.