Almaniya mətbuatı Formula 1 Azərbaycan Qran-Prisini geniş işıqlandırıb

Tarix: 10.06.2021


İyunun 4-6-da Bakıda keçirilmiş Formula 1 Azərbaycan Qran-Prisi Almaniya mətbuatında geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, “Sky Deutschland” televiziya kanalı yarışı birbaşa yayımlayıb. Digər televiziya kanallarında yarışla bağlı reportajlar yayımlanıb. Əksər idman portallarında, qəzet və jurnallarda (“Frankfurter Allgemeine Zeitung”, “T-online”, “Motorsport Magazin”, “RTL”, “Deutsche Welle”, “Speed Magazin”, “Die Zeit”, “Auto Motor & Sport”, “SRF”, “Motorsport Total”, “Der Spiegel”, “Focus Online” və s.) məqalələr dərc olunub.

Həmin məqalələrdə yarışın təfərrüatları, gedişi və iştirakçılar barədə ətraflı məlumat verilib. Eyni zamanda, məqalələrə yarışdan fotoşəkillər və videoçarxlar da təqdim olunub.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin