Almaniyalı orqan ifaçısı Bakı Musiqi Akademiyasında ustad dərsi keçib

Tarix: 27.11.2019

Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Almaniyanın tanınmış orqan ifaçısı Guntel Kennel ustad dərsləri keçib.

BMA-dan  bildirilib ki, akademiyanın tələbə və müəllim heyətinin qatıldığı dərslərdə G.Kennel əsərlərin ifaçılıq xüsusiyyətlərini araşdırmaq və nəzəri məlumatlar haqqında danışıb. Dərslərdə təqdim olunan repertuar əsasında orqanist öz dəyərli məsləhətlərini tələbələrlə bölüşüb.

Ustad dərsləri çox yüksək səviyyədə keçirilərək bütün tələbələr və müəllimlər tərəfindən maraqla qarşılanıb.

AZƏRTAC