Avstraliyalı alimlər dəri hüceyrələrindən insan embrionunun ilk modelini hazırlayıblar

Tarix: 31.05.2021


Avstraliyalı professor Xose Polonun rəhbərlik etdiyi tədqiqatçılar qrupu dəri hüceyrələrindən insan embrionunun ilkin inkişaf mərhələsində ilk modelini yaradıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə Avstraliyanın Melburn şəhərində yerləşən Monaş Universiteti məlumat yayıb.

Bildirilir ki, müxtəlif ölkələrdən olan alimlər qrupu dəri hüceyrələrini üçölçülü hüceyrə strukturu şəklində yenidən proqramlaşdırıblar və o, morfoloji və molekul səviyyəsində embrionun ilkin həddinə bənzəyir.

Qeyd edilir ki, yaradılan yeni model alimlərə, xüsusən insanın embriogenezinin ilkin hədlərini və sonsuzluğun səbəblərini araşdırmağa imkan yaradacaq.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio