Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil olub

Tarix: 20.11.2020


Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ağdam rayonundan foto və videomateriallar gün ərzində təqdim olunacaq.