Azərbaycan kapoeyraçıları onlayn “Joga Maneiro” dünya çempionatında iki medal qazanıblar

Tarix: 07.04.2021


Dünya Kapoeyra Federasiyasının (WCF) təşkilatçılığı ilə onlayn “Joga Maneiro” dünya çempionatı keçirilir.

AZƏRTAC xəbər verir ki, çempionatda Azərbaycan idmançıları ilə yanaşı, Koreya Respublikası, İtaliya, Yaponiya, Polşa, ABŞ, Estoniya, Avstraliya və digər ölkələrdən kapoeyraçılar iştirak edirlər. Bu ölkələr arasında kapoeyranın vətəni olan Braziliya idmançıları da çoxluq təşkil edirlər.

Azərbaycan Kapoeyra Federasiyasının yığma komandası yarışda iki medal qazanıb. İdmançımız Oxçu Şahmuradov (82 kq) yarışa uğurla start verib. Finaladək inamla irəliləyən idmançımız finalda cüzi fərqlə polşalı rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib.

Digər medalı isə komandamıza Fərid Allahverdiyev (82 kq) qazandırıb. Təmsilçimiz yarışı üçüncü pillədə başa vurub.

Yığmamızın digər üzvü Fərid Səlimov (76 kq) turnirin finalına vəsiqə qazanıb.