Azərbaycan milli komandasının heyətinə yeni oyunçular cəlb olunub

Tarix: 14.10.2022



Oktyabrın 18-də və 21-də Gürcüstanın Rustavi şəhərində millimiz müvafiq 18 yaşadək komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.

AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, oyunlara hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub. “Neftçi”nin üzvü Rüfət Abbasov toplanışda iştirak etməyəcək. Əvəzində “Neftçi”nin digər üzvləri İbrahim Piriyev, Nihad Əliyev və “Qarabağ”dan Uğur Səfərov heyətə cəlb olunub.