Azərbaycan triatlonçusu Kseniya Levkovskaya reytinq cədvəlində mövqeyini qoruyub

Tarix: 06.08.2020


Avropa Triatlon İttifaqı qadın idmançıların növbəti reytinq cədvəlini açıqlayıb.

AZƏRTAC qurumun rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Kseniya Levkovskaya reytinq cədvəlində mövqeyini qoruyub. Belə ki, hesabında 1415 xal olan təmsilçimiz 47-ci pillədə qərarlaşıb.

Reytinq cədvəlinin ilk üç pilləsində Böyük Britaniya təmsilçiləri – Corciya Teylor-Braun, Cessika Lernmos və Viki Holland yer alıblar.