Azərbaycan velosipedçisi Elçin Əsədov Ukraynada uğura imza atıb

Tarix: 29.07.2020


Azərbaycan velosipedçisi Elçin Əsədov Ukraynada birinci olub.

AZƏRTAC xəbər verir ki, şose üzrə elit milli komandamızın və “Bahrain Cycling Academy” kontinental klubunun üzvü, ölkəmizi gələn il Tokio Yay Olimpiya Oyunlarının qrup ötüşməsi yarışlarında təmsil edəcək E.Əsədov Ukraynanın Odessa şəhərinin açıq çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Velosipedçimiz həm 15 kilometrlik fərdi ötüşmədə, həm də 90 kilometrdən ibarət qrup ötüşməsində birinci yeri tutmaqla 2 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.