Azərbaycanda 10 yeni su anbarı yaradılacaq

Tarix: 28.07.2020


Azərbaycanda 10 yeni su anbarı yaradılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda deyilir.

Tədbirlər Planına əsasən, ölkədə Əlicançay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay, Yengicə, Viləşçay və Zəyəmçay su anbarlarının yaradılması nəzərdə tutulur.