Azərbaycanın U-21 komandası Fransa yığması ilə qarşılaşıb

Tarix: 11.10.2019

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çrmpionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, "Stade de L'Epopee'də Fransanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 0:5 hesabı ilə məğlub olub.