Azərbaycanla Gürcüstanın enerji əməkdaşlığına dair müzakirələr aparılıb

Tarix: 03.05.2021


Tbilisidə səfərdə olan SOCAR-ın prezidenti Rövnəq Abdullayev mayın 1-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Gürcüstan hökuməti dəftərxanasından məlumat verilib.

Görüşdə iki ölkə arasında iqtisadi sahədə, xüsusən də enerji sahəsində əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.

SOCAR-ın Gürcüstanda həyata keçirdiyi investisiya layihələri müzakirə edilib. Gürcüstanın SOCAR-la uğurlu əməkdaşlığı xüsusi qeyd olunub.

Görüşdə "SOCAR Energy Georgia"nın baş icraçı direktoru Mahir Məmmədov da iştirak edib.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi