Azərbaycanla Yaponiya kənd təsərrüfatı məhsullarının istehsalı üzrə investisiya qoyuluşu imkanlarını müzakirə edib

Tarix: 14.02.2020

Azərbaycan ilə Yaponiya kənd təsərrüfatı məhsullarının istehsalı istiqamətində investisiya qoyuluşu imkanlarını müzakirə edib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildirilib ki, qurumun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Yaponiyanın “Tet International Development” şirkətinin prezidenti Taro Savado ilə görüşüb. Görüşün müzakirə mövzusu qeyri-neft sektorunun müxtəlif sahələrində, xüsusilə kənd təsərrüfatı məhsullarının istehsalı istiqamətində investisiya qoyuluşu imkanları olub.


AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)