Azərbaycanlı deputat AŞPA-nın uşaqlar üzrə alt komitəsinin iclasına sədrlik edib

Tarix: 19.09.2023

Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sosial məsələlər, səhiyyə və dayanıqlı inkişaf komitəsinin uşaqlar üzrə alt komitəsinin və sağlam ətraf mühit naminə Parlamentlərarası Əlaqələr Şəbəkəsinin birgə iclası keçirilib.

“Cəmiyyətin transformasiyasını gücləndirilmiş ekoloji insan hüquqları ilə müşayiət etmək” mövzusunda iclasa AŞPA-nın sosial məsələlər, səhiyyə və dayanıqlı inkişaf komitəsinin uşaqlar üzrə alt komitəsinin sədri, qurumdakı Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva sədrlik edib.

Alt komitənin iclasında avropalı parlamentarilərlə yanaşı, müxtəlif ölkələrdən olan və məktəblərdə ətraf mühit məsələlərini koordinasiya edən mütəxəssislər, eləcə də tədqiqatçılar iştirak ediblər.

İclasda innovativ qanunvericilik təklifləri irəli sürülüb. Həmçinin cəmiyyətin transformasiyası dövründə ekoloji insan hüquqlarının gücləndirilməsi, ətraf mühit, enerji və iqtisadi narahatlıqlar sahələrində çağırışlara cavab vermək üçün dərhal tətbiq edilən bilən modernləşmə yolları müzakirə edilib.



https://azertag.az/xeber/azerbaycanli_deputat_aspa_nin_usaqlar_uzre_alt_komitesinin_iclasina_sedrlik_edib-2752861