Badminton üzrə Azərbaycan millisi Almaniya komandası ilə qarşılaşıb

Tarix: 13.02.2020

Badminton üzrə kişilərdən ibarət milli komandamız bu gün Avropa çempionatının qrup mərhələsi çərçivəsində ikinci oyununa çıxıb.

Komandamız turnirin favoritlərindən sayılan Almaniya seçmə kollektivinə 0:5 hesabı ilə məğlub olub. Yığmamız qrupda son oyununu fevralın 13-də Çex Respublikasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Qeyd edək ki, millimiz ötən gün birinci oyununda İslandiya komandasına 2:3 hesabı ilə məğlub olub.


AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)