Balabəy Ağayev “Böyük dəbilqə” turnirinin qızıl medalını qazanıb

Tarix: 19.10.2021


Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Parisdə keçirilən “Böyük dəbilqə” turnirinin qalibi olub.

AZƏRTAC xəbər verir ki, həlledici mərhələdə rəqibi Rusiya təmsilçisi Ramazan Abdulayevi məğlub edən cüdoçumuz nüfuzlu yarışın qızıl medalını qazanıb.

Oktyabrın 17-dək davam edəcək turnirdə 46 ölkədən 283 cüdoçu iştirak edir.