Baş Nazir Əli Əsədov 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi ilə bağlı Tədbirlər Planını təsdiqləyib

Tarix: 17.01.2020

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov “Azərbaycan Respublikası Prezidentinin yanında keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Sərəncam imzalayıb.

Bu barədə  Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Sərəncama əsasən, Tədbirlər Planında nəzərdə tutulan icraçılar müvafiq tədbirlərin müəyyən olunmuş icra müddətində yerinə yetirilməsini təmin etməli və görülmüş işlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidirlər.

Tədbirlər Planında maliyyə-bank sektoruna, iqtisadi artımın dayanıqlılığına, beynəlxalq iqtisadi əməkdaşlığa, sosial tədbirlərin gücləndirilməsinə və gömrük sahəsinə dair məsələlər nəzərdə tutulub.


AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)