Binəqədi rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilmişdir

Tarix: 05.05.2023

Binəqədi rayon Binəqədi Bələdiyyəsinin təşkilatçılığı ilə 9-cu mikrorayon, M.Cəlal küçəsi 143 ünvanında yerləşən 144 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə Binəqədi Rayon Binəqədi Bələdiyyəsinin məsul əməkdaşları, YAP Binəqədi rayon təşkilatının əməkdaşı, Binəqədi rayon Binəqədi Bələdiyyəsinin komissiya sədri Kubra Əliyarlı və digər təşkilatların əməkdaşları iştirak edirdilər.

Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və dövlət müstəqilliyimiz, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Dövlət Himninin səslənməsindən sonra açıq elan olundu.

Tədbiri giriş sözü ilə açan 144 nömrəli məktəbin direktoru İlahə Həmidova qonaqları salamlayaraq qeyd etdi ki, Ulu Öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunədir və unudulmaz tarixdir.

Tədbirdə YAP Binəqədi rayon təşkilatının əməkdaşı, Binəqədi rayon Binəqədi Bələdiyyəsinin komissiya sədri Kubra Əliyarlı çıxış edərək bildirdi ki, ulu öndər Heydər Əliyevin zəngin irsi, həyat və fəaliyyəti gənclər və yeniyetmələr arasında daim təbliğ edilməlidir. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, sosial-iqtisadi uğurların əldə edilməsi, ictimai-siyasi sabitliyin təmin edilməsi ümummilli liderin həyata keçirdiyi siyasətin nəticəsidir. Bu gün dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurların əsasında məhz dahi şəxsiyyət Heydər Əliyevin xilaskarlıq missiyası və misilsiz xidmətləri dayanır.

Sonra bədii hissə üçün söz 144 nömrəli məktəbdə təhsil alan şagirdlərə verildi. Şagirdlərin ifasında müxtəfil səhnəciklər, şeirlər, rəqs, mahnı nümünələri, Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən videoçarxlar ilə tədbir davam etdirildi.

Binəqədi rayon Bələdiyyəsinin təşkilatçılığı ilə şagirdlər arasında keçirilən "Tarix yaradan şəxsiyyət" adlı inşa müsabiqəsinin qaliblərinə Təşəkkürnamələr və müxtəlif hədiyyələr təqdim olundu.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.