Binəqədi rayonunda əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə xanım Əliyevanın xatirəsi yad edilmişdir.

Tarix: 16.04.2021


Binəqədi rayonunda əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə xanım Əliyevanın xatirəsi yad edilmişdir. İlk öncə Binəqədi rayonunun ictimai-siyasi və mədəni həyatında fəal rol oynayan bir qrup qadın tərəfindən rayonun 6-cı mikrorayon ərəzisində yerləşən Zərifə Əliyeva adına istirahət parkındakı görkəmli oftolmoloq-alimin abidəsi ziyarət edilmiş və abidə önünə gül dəstələri düzülmüşdür.
Yaddaşlarda gözəl alim, qayğıkeş insan, böyük ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşən Zərifə Əliyevanın xatirəsi ehtiramla anıldı. Anım mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin baş həkimi Səbinə Məcidova, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədr müavini Tünzalə Zeynalova və rayon təşkilatının fəalları, BRİH Başçısı Aparatının əməkdaşları, Binəqədi rayonunda fəaliyyət göstərən idarə və tibb müəssisələrin rəhbərləri və əməkdaşları iştirak edirdilər. Əvvəlcə alimin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova bildirdi ki, Zərifə xanımın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılmışdır.
Xatirə günündə bir daha vurğulandı ki, Zərifə Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir.