Binəqədi rayonunda videokonfrans formatında tədbir keçirildi

Tarix: 25.09.2020


   25 sentyabr 2020- ci il tarixdə YAP Binəqədi və  Qaradağ rayon təşkilatlarının birgə təşkilatçılığı ilə  “Neft strategiyasının  növbəti  inkişaf mərhələsi - “Abşeron”    yatağının  əhəmiyyəti,  perspektivləri  siyasi və  iqtisadi hədəfləri”  adlı videokonfrans formatında tədbir keçirilmişdir. Tədbirdə  Milli Məclisin deputatı  “Yeni Azərbaycan" qəzetinin baş redaktoru, ,  siyasi  elmlər doktoru, professor  Hikmət Babaoğlu,  Binəqədi Rayon İcra Hakimiyyətinin şöbə müdürləri,  Binəqədi və Qaradağ rayonları  ictimaiyyətinin nümayəndələri, rayon təşkilatının fəal üzvləri iştirak etmişlər. Videokonfransı giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov konfrans iştirakçılarını salamlayaraq  rayon təşkilatlarıyla birgə tədbirlərin YAP İcra Katibliyinin tövsiyyəsinə uyğun olaraq həyata keçirildiyini və Qaradağ rayon təşkilatı ilə birgə tədbirin təsadüfi olmadığını- Qaradağın Azərbaycanın uğurlu neft strategiyasının böyük layihələrinin həyata keçirilməsində önəmli rayon olduğunu qeyd edərək Azərbaycanın Neft strategiyasının  növbəti  inkişaf mərhələsi - “Abşeron”    yatağının  əhəmiyyəti, perspektivləri  siyasi və  iqtisadi hədəfləri haqqında məlumat vermək üçün sözü   Milli Məclisin deputatı  “Yeni Azərbaycan" qəzetinin baş redaktoru,  siyasi  elmlər doktoru, professor  Hikmət Babaoğluna verdi. Millət vəkili Hikmət Babaoğlu ilk öncə bu mövzuda konfrans təşkil edildiyinə görə hər iki rayon təşkilatına təşəkkürünü bildirdi. Qeyd etdi ki, mürəkkəb tarixi mərhələdən keçdiyimiz hazırki dövrdə xalqlar sanki ötən dövr ərzində, müstəqilliyimizi  qazandığımız dövrdən keçən mərhələdə nələr əldə etdikləri, bu prosesdə  növbəti inkişaf üçün hansı perspektivləri yarada bildikləri haqqında öz-özünə hesabat verir. Xüsusilə vurğuladı ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin “Abseron”  qaz yatağının istismarıyla bağlı tədbirdə yerli milli mətbuatımıza verdiyi müsahibəni  bir sıra səciyyəvi xüsusiyyətlərinə görə tarixi müsahibə adlandırmaq olar.Həmçinin qeyd etdi ki, Azərbaycan prezidentinin təqdimatında biz neft və  Azərbaycan  tarixinin səlnaməsini dinləmiş olduq və onun dərin təhlilinin şahidi olduq.  Təsüflə bildirdi ki,  çıxarılan neft  heçdə hər dövrdə Azərbaycanın maraqlarına deyil ,  xaricdən  gələn missionerlərin, sərmayəçilərin  maraqlarına  xidmət edirdi. Yaniz 1994cü  il “Əsrin müqaviləsi” imzalandıqdan sonra biz neftimizi milli rifahımızın lehinə istifadə edə bilmişik.     Daha sonra Dağlıq  Qarabağ problemiylə bağlı olan məsələyə diqqət çəkərək “Mən həmişə xalqıma həqiqəti demişəm” fikirlərinin Azərbaycanın  siyasi sistemində İlham Əliyevin liderliyini və prezidentliyini təyin edən sosial-siyasi düstur olduğunu vurğuladı.Ərazi bütövlüyümüzün bərpa olunmasıyla bağlı  verdiyi mesajda Azərbayanın regionda məsuliyyətli,  regionun iqtisadi , siyasi, hərbi tarazlığını və regionun ümumi mənzərəsini təyin edən dövlət kimi davrandığını, Cənubi Qafqazda təyinedici dövlət kimi çıxış etdiyini vurğuladı. Bildirdi ki, bu prosesdə Ermənistan - Azərbaycan Dağlıq Qarabağ probleminin həlli zəruri şərtə çevrilir.

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov  Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının Azərbaycanın neft-qaz sənayesində yeni mühüm hadisə olduğunu,  dünyada pandemiyanın geniş yayıldığı və əksər ölkələrdə neft-qaz sənayesinə investisiyaların azaldıldığı bir dövrdə Azərbaycanın enerji sektorunda belə bir layihənin icrasına başlanması uğurlu enerji siyasətinin nümunəsidir.  Qeyd etdi ki, bu onu göstərir ki, Azərbaycanda nəhəng investisiya layihələri dayanmadan uğurla həyata keçirilir, enerji sektorunda yeni axtarışlar və sərmayə planları əvvəlki tək davam etdirilir. Həmçinin  neft sənayesində xüsusi yerə malik olan “Abşeron” yatağının ölkəmizin karbohidrogen ehtiyatlarında önəmli paya malik olduğunu,  ehtiyatları 350-360 milyard kubmetr həcmində qiymətləndirilən bu yataq həm daxili tələbatın ödənilməsi, həm də ölkəmizin ixrac potensialının güclənməsinə mühüm töhfə verəcək. Həmçinin “Əsrin müqaviləsi” nin imzalanmasının xalqımız tərəfindən əlamətdar hadisə kimi qeyd edilməsinə toxunan Ramiz Göyüşov bu halın təsadüfü  olmadığını və əldə etdiyimiz bütün uğurların kökündə  dayandığını qeyd etdi. 1994-cü ildə ölkədəki vətəndaş qarşıdurması, ictimai sabitliyin kövrək olduğu dövrdə dünyanın ən aparıcı şirkətlərinin marağını Ümumilli liderimiz Heydər Əliyev tərəfindən Azərbayana cəlb etməyin böyük siyasi iradə tələb etdiyini , “Əsrin kontraktı”nın imzalanmasından 26 il keçməsinə baxmayaraq,   Azərbaycanın neft potensialına dünyada marağın azalmadığını əksinə daha da artdığını diqqətə çatdırdı. TANAP xətti ilə Türkiyəyə ötürülən qazın həcminin ildən-ilə artdığını və hazırda Türkiyə bazarında Azərbaycan qazının birinci yerdə olduğunu, iki ildən sonra “Qarabağ” yatağından ilk neft hasil olunacağını və  “Abşeron” layihəsinin Azərbaycanın dünyada qaz ölkəzi kimi strateji mövqeyini daha da  gücləndirəcəyinə diqqət çəkdi.  İnfrastruktur layihələrinin təhlilinə verilən qiymətə görə dünyada qabaqcıl yerlərdə olduğumuzu, Davos Forumu avianəqliyyat, dəmir yolu nəqliyyatı sahələrində Azərbaycanı 11-12-ci yerdə, yol infrastrukturunun keyfiyyətinə görə dünyada 27-ci yerdə qərar tutduğumuzu, digər sosial infrastruktur layihələrimiz - müstəqillik dövründə 3700 məktəb , 700-dən çox xəstəxana tikilib və ən müasir avadanlıqla təchiz edildiyini diqqətə çatdırdı.             

Sonda  Qaradağ rayon təşkilatlatının sədri adından çıxış edən  Ramiz  Yusubov  Milli Məclisin deputatı, YAP təşkilat şöbəsinin müdiri,  Aydın Hüseynovun salamlarını çatdırdı.