Binəqədi rayonunda yüksək bal toplayan məzunlarla görüş keçirildi

Tarix: 16.09.2020


15 sentyabr 2020-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında Binəqədi rayonu ərazisindəki  Biləcəri, Binəqədi ,Xocəsən, 28may qəsəbələrində yerləşən orta məktəblərdə yüksək bal toplayan məzunlarla pandemiya şərtlərinə uyğun şəkildə görüş  keçirilmişdir. Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdür müavini Hüseyn Əsgərov, YAP Binəqədi rayon təşkilatı Qadınlar  Şurasının sədri Aytac Əliyeva və Binəqədi rayon Gənclər İdman İdarəsinin rəis müavini Rüfət Əhmədov iştirak etmişlər.

Görüşü giriş sözü ilə açan Yeni Azərbayan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov ilk öncə 15 sentyabr tarixinin  ən unudulmaz və şərəfli səhifələrdən biri olduğunu ,1918ci il Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak hərbi birləşmələrindən azad etməsinin 102-ci  ildönümü münasibətilə hər kəsi təbrik etdi.

Sonra  “Bilik günü” münasibəti ilə bu il tələbə adını qazanan məzunları və məktəbin kollektivini təbrik edərək onlara yeni  tədris illində uğurlar arzuladı. Bildirdi ki, Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərini təşkil edir. Dövlətimizin başçısının təhsilin inkişafına verdiyi önəmin nəticəsidir ki, son illərdə müasir məktəb binaları tikilir, mövcud müəssisələr üçün yeni tədris korpusları inşa olunur. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir, məktəblərin maddi-texniki bazası gücləndirilir. Eyni zamanda qeyd etdi ki, Binəqədi məktəbləri hər zaman yüksək nəticələr əldə edir və bu demək olarki  ənənə halını almışdır. Bütün bunlar göstərir ki, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycanda bu sərvətlərdən səmərəli istifadə etməklə insan kapitalının daha da inkişaf etdirilməsi başlıca amilə çevrilib. “Bu ildə də əvvəlki illərdə olduğu kimi Binəqədi rayonu yenə də fərqlənmişdir” – deyən Ramiz Göyüşov, Pandemiya şəraitinə uyğun olaraq, fərqlənən məzunlarla görüş keçirməyi, təbrik etməyi YAP Binəqədi rayon təşkilatı üçün mühüm amil olduğunu diqqətə çatdırdı.

Çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdür müavini Hüseyn Əsgərov Cənab Prezident İlham Əliyev və birinci vitse prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində təhsilimizin yeni keyfiyyət mərhələsinə qədəm qoyulduğunu vurğuladı . Xüsusilə qeyd etdi ki, Bənəqədi rayonu təhsil kollektivi həmişə böyük uğurlara imza atmışdır. Gənclərə  tövsiyyəsində: “Siz çox böyük uğura imza atsanız da, bu, sizin üçün başlanğıcdır. Hələ sizin qarşınızda başqa pillələr var, lakin ən başlıca vəzifəniz ilk növbədə milli, vətənpərvər ruhda böyüməkdir. Hansı sahəni təmsil edəcəyinizdən asılı olmayaraq,  milli mənsubiyyətinizi unutmamalı və məqsədiniz öz millətinə xidmət olmalıdır.” – deyə, bildirdi.  Sonda isə yüksək bal toplayan məzunların valideynlərinə minnətdarlığını diqqətə çatdırdı.

Daha sonra çıxış edən YAP Binəqədi rayon Qadınlar  Şurasının sədri Aytac Əliyeva tələbə adını qazanmış abiturientləri təbrik etdi, həyatlarının yeni mərhələsində onlara bol uğur arzuladı. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən çoxyönlü  islahatlara toxunan  Aytac Əliyeva bildirdi ki, bu siyasətin mərkəzində insan amili dayanır və ali rəhbərin də dediyi kimi, “Bizim üçün Azərbaycan xalqının rifahı, onun sağlamlığı hər şeydən öndə gəlir.” “Pandemiya şəraiti olmasına baxmayaraq, təhsilə verilən önəm, iyun-sentyabr aylarında Gəncə Dövlət Aqrar Universitetinin, Dövlət İqtisad Universitetinin, ADA Universitetinin yeni korpuslarının açılması, yeni məktəb binalarının əsaslı təmirdən sonra istifadəyə verilməsi təhsilə qoyulan kapitalın məntiqi göstəricisidir” – deyən Aytac Əliyeva, yüksək bal toplamış gənclərə yollarına məsuliyyətli, vətənpərvər, milli ruhda, bilikli formada davam etmələrini tövsiyyə etdi.Ölkə təhsilinə verdikləri əvəzsiz töhfəyə görə, məktəb direktorlarını təbrik edən Aytac Əliyeva, bu nəcib və ali işdə onlara uğurlar arzuladı, çiyinlərindəki yükü layiqincə daşıdıqlarını diqqətə çatdırdı.  

Binəqədi rayon Gənclər İdman İdarəsinin rəis müavini  Rüfət Əhmədov bildirdi ki,  bu gün dünyada müxtəlif proseslər gedir, qloballaşma adı ilə faktiki olaraq eyniləşmə siyasəti aparılır, kütləvi informasiya vasitələri, sosial şəbəkələr ilə müxtəlif təxribatlar ortaya atılır. Ona görə, Azərbaycan cəmiyyəti bundan sonra da çox möhkəm, milli, mənəvi dayaqlar əsasında inkişaf etməlidir. Bu gün bizim siyasətimizin təməlində milli maraqlarımız, milli dəyərlərimiz, Azərbaycan dəyərləri dayanır. Bu dəyərlər hər bir Azərbaycan vətəndaşı üçün hər şeydən üstün olmalıdır. İdman sahəsində əldə olunan uğurlara toxunan natiq onu da qeyd etdi ki, gənc nəslin sağlam olması üçün bu gün ölkəmizdə, eləcə də Binəqədi rayonunda münbit şərait mövcuddur. Azərbaycan idmançılarının gücü və nailiyyətləri dünyaya məlumdur və bu yolda onların ilk dəstəkçisi ölkə Prezidenti cənab İlham Əliyevdir. O, tələbə adının qazanılması istiqamətində əvəzsiz rolu olan müəllimləri, valideynləri təbrik etdi, qarşıdakı yeni tədris ilində hamıya uğur arzuladı.

         Bu il  ən yüksək balla  ali məktəblərə  qəbul olunan məzunlar adından çıxış edən  284 № li tam orta məktəbin məzunu Nəbili Oktay onlara göstərilən diqqət və qayğıya görə başda cənab prezident Ilham Əliyev olmaqla, Rayon rəhbərliyinə və Yeni Azərbayan Partiyası Binəqədi rayon təşkilatına və öz minnətdarlıqlarını bildirdilər.

Tədbirdə  ali məktəblərə qəbul zamanı yüksək nəticə əldə edərək tələbə adını qazanmış 103№ li tam orta məktəbin məzunu Əsmayə Yusubzadə, 182  № li tam orta məktəbin məzunu          Tərlan Əliyeva, 205№ li tam orta məktəbin məzunu Ləman Talıbova, 217 № li tam orta məktəbin məzunu Əliyyə Quliyeva , 284 № li tam orta məktəbin məzunu Oktay Nəbili, 297№ li tam orta məktəbin məzunu Nahid Nuri 306№ li tam orta məktəbin məzunu Vural Kazımlı, 313 № li tam orta məktəbin məzunu Gülər Abdıyeva 313 № li tam orta məktəbin məzunu Fidan Nağıyevaya,  Yeni Azərbayan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov eyni zamanda  Binəqədi rayon Qadınlar  Şurasının sədri Aytac Əliyeva və Binəqədi rayon Gənclər İdarəsinin rəis müavini Rüfət Əhmədov tərəfindən qiymətli hədiyyələr təqdim olundu.

Məktəb direktorları adından çıxış edən 284 nömrəli məktəbin direktoru Nizami Novruzov, 306 nömrəli məktəbin direktoru Gültəkin Ədilova bildirdilər ki, təhsil Prezident İlham Əliyev tərəfindən Azərbaycanın davamlı inkişafının əsas amillərindən biri hesab edilir. Məhz bu sahəyə göstərilən diqqət və qayğı sayəsində Azərbaycan təhsili son illər özünün yeni inkişaf dövrünə qədəm qoyub və bu sahədə böyük  nailiyyətlər əldə edilib.

Sonda  Ali məktəblərə qəbul zamanı yüksək nəticə əldə edərək tələbə adını qazanmış məzunlarla xatirə şəkili çəkildi.