Boru içində mini ev

Tarix: 12.02.2021


Arxitektor Ceyms Lounun layihəsi əsasında hazırlanan beton boru içində mini ev layihəsi orijinallığı ilə seçilir.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, su borusundan istifadə edilən bu tip evin ağırlığı təqribən 20 ton, diametri isə 2,5 metr təşkil edir və onu şəhərin istənilən yerində quraşdırmaq mümkündür.

Arxitektorun fikrincə, boru-ev xüsusilə də böyük şəhərlərdə yaşayan insanların evlə və kommunal xidmətlərlə bağlı xərclərini minimuma endirir.

Evdə 1 və ya 2 nəfərin rahat yaşaması üçün lazımi şərait var.